Xəbərlər

Vaşinqtondan nüvə sınaqlarına başlayır? – Ekspert

ABŞ Strateji Komandanlığının nüvə sınaqlarının bərpa edilməsi ehtimalı ilə bağlı verdiyi bəyanatlar beynəlxalq aləmdə ciddi rezonans doğurub. 

Sosdem.az xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-nin bu istiqamətdə addımları qlobal siyasi sistemdə yeni mərhələnin formalaşmasına işarə edir:

“ABŞ-nin nüvə sınaqlarını bərpa etməsi faktiki olaraq yeni dünya siyasi nizamının qurulması prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Tarixə nəzər salsaq, Birinci və İkinci Dünya müharibələri öncəsi də oxşar hərbiləşmə və silahlanma tendensiyaları müşahidə olunub”.

Rəsmi Vaşinqtonun bu addımının digər ölkələr üçün presedent yarada biləcəyini vurğulayan MCP rəsmisi bildirib ki, əgər ABŞ nüvə sınaqlarını bərpa edərsə, digər dövlətlər də bu yolu seçə bilər. Bu isə qlobal miqyasda yeni silahlanma yarışının başlanması deməkdir:

Bu proses artıq mövcud geosiyasi gərginliklərin fonunda daha da sürətlənir. Qlobal təhlükəsizlik böhranı xüsusilə son illərdə daha da dərinləşib. ABŞ bu kontekstdə həm rəqiblərinin qarşısını almağa çalışır, həm də öz liderliyini nümayiş etdirməyə çalışır”.

Politoloqun fikrincə, bu cür yanaşma beynəlxalq hüquqi mexanizmlərin zəifləməsi ilə nəticələnə bilər:

“Bu, nüvə silahlarının yayılmaması rejiminə də mənfi təsir göstərə bilər. Çünki böyük güclərin bu istiqamətdə atdığı addımlar digər ölkələr üçün də stimul yaradır və mövcud müqavilələrin effektivliyini sual altına qoyur”.

Bir cavab yazın

Back to top button