Xəbərlər

Varlı-kasıb, sahibkar-fəhlə arasında sosial uçurum yolverilməzdir – Tural İrfan

Milli Cəbhə Partiyasının ideologiyası sosial demokratiyadır. Bu da hər şeydən öncə vətəndaşın rifahını, insan kimi yaşamasını nəzərdə tutur.

Bunu Milli Cəəbhə Partiyasının başqan müavini Tural Irfan deyib. O bildirib ki, İnsanların sağlam, xoşbəxt, maddi və mənəvi cəhətdən zəngin, savadlı, təhsilli, peşə-sənət sahibi kimi cəmiyyətə yararlı vətəndaş olmasını hədəf seçən Milli Cəbhə Partiyası hər zaman bunların reallaşmasına çalışır:

“Bütün sinif və zümrələrdən, təbəqələrdən olan vətəndaşların sosial şərait, təminatlar, münasibətlər zəminində birgə inkişafının nəticəsində də dövlət inkişaf edir, güclənir.

Odur ki, sosial demokratiya hazırda zamanın, cəmiyyətin tələbi kimi zərurətdən meydana çıxıb və reallıq bu ideoloji xətt üzərində addımlamağımızı lübüdləşdirir.

Varlının daha varlanmasına qarşı deyilik, ancaq kasıbın daha da kasıblamasına şərait yaratmağı da qəbul edə bilmərik. Ona görə varlı-kasıb, sahibkar-fəhlə arasında sosial uçurum, eniş-yoxuş məsafəsinin artması yolverilməzdir. Elə işlər görülüb, elə tədbirlər həyata keçirilməlidir ki, varlı varlandıqca kasıbı da varlandırsın, onu daha da kasıblaşdırmasın. Çünki bu, uçuruma çevrilib sosial partlayışa çevrilərsə o zaman varlı da o kasıbın durumuna düşə bilər və sosial cəhətdən cəmiyyətin ritmi pozular.

Cəmiyyət mənəvi bərabərlik üzərində inkişaf edir. Maddi bərabərlik isə hər kəsin bacarığına, qabiliyyətinə görə ola bilər. Varlıdan alıb kasıba vermək, yaxud varlının hesabına kasıbı zənginləşdirmək deyil sosial demokratiya. Sosial demokratiya azad iqtisadiyyatın ədalətli şəkildə inkişafı, tətbiqi, vətəndaşa şəraitlə yanaşı imkanların da yaradılması tələbidir.

Vətəndaşa iki balıq verib yola salmaq yox, ona balıq tutmağı öyrətmək, tor, qarmaq vermək, ona balıq tutacağı çayı, dənizi, gölü göstərmək lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu