Xəbərlər

Vətəndaşın yaxşı yaşaması dövlətin güclü olması üçün əsas şərtdir – İqtisadçı

Siyasi düşüncəsindən, tutduğu vəzifədən, sənətindən, kimliyindən aslı olmayaraq hər kəsin öncəliyi dövlət və dövlətçilik olmalıdır. Dövlətimizin güclü olması, dövlətçiliyimizin daim var olması üçün hər bir vətəndaş bacardığı qədər çalışmalıdır.

Bunu Milli Cəbhə Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Pərviz Şıxalıyev deyib.

O, bildirib ki, dövləti xarici təsirlərdən, müdaxilələrdən qorumaq birinci vəzifəmizdir, lakin:

“Amma vətəndaşın yaxşı yaşaması dövlətin güclü olması üçün əsas şərtdir. Dünynın güclü dövlətlərinə nəzər salsaq, həmin dövlətlərin vətəndaşlarının yaxşı yaşadığını, sosial problemlərinin demək olar ki, olmadığını görə bilərik.

Milli Cəbhə Partiyası özünə sosial demokratiya yolunu seçdi. Partiya başqanımız, deputat Razi Nurullayev və partiya funksionerləri ölkə vətəndaşlarının sosial problemlərini daim ən yüksək tribunalardan hökümətin nəzərinə çatdırıb, bu problemlərin həlli yollarını göstərib.

Bundan sonra da vətəndaşları narahat edən, onların yaşam tərzini yüksəlməyə qoymayan səbəblər deyiləcək, yazılacaq. Çünki, sosial demokratiyanın təməlində insan haqqları durur. Yaxşı yaşamaq vətəndaşın təməl haqqıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu