Xəbərlər

Ukraynanın ABŞ-a inamı sarsılıb, meydan Aİ-yə qalıb” – Ekspert

Avropa İttifaqı ilə Rusiya arasında Ukrayna böhranına görə danışıqlarda Şröderin iştirakını Putinin qabartması təsadüfi deyil. Görünür Moskvada əmindirlər ki, Şröder Rusiyanın mənafeyini danışıqlarda sona qədər müdafiə edəcək. İndi bu variantın Avropa tərəfindən qəbul edilməsi real görünmür, amma növbəti mərhələdə prosesin hansı həddə gəlib çatmasından asılı olaraq, bu, reallaşa bilər...

Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyası-nın başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Ukrayna böhranı ətrafında gedən pərdəarxası diplomatik gedişlər və yeni danışıqlar masası barədə danışarkən bildirib.

Avropanın etimad problemi: Şröder yoxsa Ştaynmayer?

Politoloqun təhlilinə görə, Avropa tərəfi bu prosesdə ehtiyatlı davranır:

“Avropa Şröderə tam etibar etmir, çünki onun Putinin yaxın dostu olduğunu və Rusiyanın maraqlarını nəzərə alacağını bilirlər. Ona görə də danışıqlarda prezident Frank-Valter Ştaynmayerin iştirakını istəyirlər. Lakin bunu Rusiyanın qəbul edəcəyini demək çətindir. Əgər Rusiya Ştaynmayerin iştirakına qarşı çıxsa, danışıqlar yenidən dalana dirənə bilər. Buna baxmayaraq, tərəflərin masa arxasına oturması müəyyən bir irəliləyiş vəd edir, çünki artıq Aİ Ukraynada öz mövqelərini xeyli gücləndirib”.

Putini kompromisə vadar edən hərbi və iqtisadi zərbələr

MCP rsmisi qeyd edib ki, regionda geosiyasi şərtlər artıq Kremlin əleyhinə dəyişməkdədir:

“Trampın uğursuz siyasəti üzündən Ukraynanın ABŞ-a etimadı sarsılıb və bu, Avropa İttifaqının regionda aparıcı rola sahib olmasına şərait yaradıb. Putin indiyə qədər danışıqlarda müxtəlif manevrlər edərək oyun oynayırdı, amma indi vəziyyət mürəkkəbdir. Rusiyanın hərbi itkiləri çox böyükdür və ölkə daxilində durum gərginləşir. Üstəlik, Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi güclü zərbələr enerji infrastrukturunu iflic edib. Fikrimcə, bütün bu hərbi və iqtisadi sıxıntılar Putini real vəziyyət barədə düşünməyə və bəzi ciddi kompromislərə getməyə məcbur edir”.

Bir cavab yazın

Back to top button