Xəbərlər

Ukraynadan sonra Moldova: Putinin hədəfi – ŞƏRH

Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib: “Biz artıq Gürcüstanı Avropada itirdik. Gürcüstan Rusiyadan asılı hala gəlib”. Zelenski qeyd edib ki, bununla belə, Moldova özünü Rusiyanın müdaxiləsindən qoruyur. İranın bir vaxtlar Livana etdiyini, Rusiya indi Moldovaya etmək istəyir. Proksi qüvvələr qurub, ölkəni qarışdırır: “Avropa Moldovanı da itirməyə göz yuma bilməz. Avropa İttifaqı Moldovaya maliyyə və enerji dəstəyi verməlidir”.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya bildirib ki, Zelenskinin Moldova və Rusiya haqqında dedikləri müəyyən qədər obyektivliyi özündə əks etdirir:

“Çünki Rusiya çalışır Moldovada hakimiyyət çevrilişinə cəhd etsin və öz adamlarını bura gətirsin. Rusiya həmişə burada prosesləri qarışdırır. Gürcüstandakı Rusiyayönümlü qüvvələr nə qədər müstəqil siyasət apardıqlarını desələr də, qəbul etdiyi qərarlar və normativlər konkret olaraq Rusiyanın maraqlarına xidmət edir. Burada, təbii ki, Ukrayna prezidentinin dedikləri də həqiqəti əks etdirir. Avropa İttifaqının regional siyasətində Gürcüstan və Moldova da prioritet olmalıdır. Məhz, Ukraynanın prezidentinin də dediyi budur. Moldova və Gürcüstana iki barmaq arasından baxılmamalı, buradakı müxalifətə ciddi dəstək verməlidir və Rusiyanın burada fəaliyyəti neytrallaşdırmalıdır”.

Ekspert qeyd edib ki, Zelenski bu məsələni artıq beynəlxalq gündəliyə çıxarıb və Gürcüstandakı mövcud hökumət də Ukrayna prezidentinə çox sərt reaksiya verib:

“Moldova və Gürcüstan növbəti mərhələdə Qərblə Rusiya arasında əsas qarşıdurma meydanına çevrilə bilər. Buna görə də Zelenski bəri başdan xəbərdarlıq edir ki, konkret olaraq burada Rusiyanın inkişafına və Rusiyanın QHT-lərə dəstəyinə imkan verilməməlidir. Avropa İttifaqı çox ciddi şəkildə bu ölkələrə və vətəndaş cəmiyyətinə dəstək verməlidir ki, burada Rusiyanın fəaliyyətinin qarşısı alınsın. Gürcüstan hökumətinin də fəaliyyəti Avropa İttifaqını qane etmir. Burada kifayət qədər həyata keçirilən siyasət həm regional, həm də Avropa İttifaqı baxımından Rusiyanın maraqlarına xidmət edir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu