Xəbərlər

Ukrayna dünya və keçmiş sovet respublikaları üçün vuruşur – ŞƏRH

Əsl həqiqətdə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatının hərbi-siyasi nəticələrindən daha çox və olduqca vacib olan dünyanın köhnə nızamını dəyişə bilən tarixi-idealoji təsiri oldu.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

O bildirib ki, bu tarixi dövrün iştirakçıları-müasirləri kimi gedən proseslərə belə bir qısa zaman çərçivəsindən qiymət vermək bəlkə də doğru olmasa da, inkaredilməz qənaətlər də ortadadır.

“İlk növbədə, Azərbaycan ikinci Qarabağ müharibəsindəki qələbəsi ilə ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə, onlardan da daha vacib olanı – özünün faktiki tam dövlət müstəqilliyini qazandı. Rusiyanın Azərbaycana dəyişməz düşmənçiliyinin daha da dərinləşməsinin ən əsas səbəbi də budur.

Məsələ elə burasındadır ki, SSRİ-dən keçmiş sovet respublikaları özlərinin müstəqilçiyini elan etmiş olsalar da və bundan 30 ildən çox vaxt keçsə də, dövlətlərin əksəriyyəti Rusiyanın müdaxiləsi ilə faktiki müstəqil ola bilməyib. Rusiyanın Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Ukraynada Krım, Luqansk, Donetskdə yaratdığı və davam edən müharibə bu keçmiş sovet respublikalarına Kremlin asılılığından çıxmağa, müstəqil olmağa imkan vermir. Rusiya tərəfindən belə konfliklərin yaratmaqda hədəfi həmin respublikaların müstəqilliyini əngəlləməkdir. Ukrayna müstəqil olmağa cəhd etdi, ancaq Rusiya indiki mübaribə ilə prosesi dayandırdı. Əgər, Belarusiya da müstəqil olmağa və Rusiyadan qopmaq istəsəydi heç şübhəsiz ki, Rusiya tərəfindən daha qısa zamanda işğal edilib və Rusiyanın bir vilayətinə çevriləcəkdi. Rusiya prezidenti Putinin SSRİ-nin dağılmasına dəfələrlə təəsüflənməsi və bütün hərbi əməliyyatlarında imperiyanın bayrağından istifadə etməsi bütün keçmiş sovet respublikalarının müstəqilliyini qəbul etməməsinin sübutudur. Deyəndə ki, Ukrayna əslində bütün dünya və keçmiş sovet respublikaları üçün vuruşur – bu həqiqətdir.

Qazaxıstan da Rusiyadan asılı vəziyyətdədir, ələlxüsus Nursultan Nazarbayevin Rusiyanın köməyi ilə faktiki hakimiyətdən uzaqlaşdırılması hesabına Tokayev Qazaxıstanını orbitinə qaytardı. Tacikistan isə Rusiya asılılığından çıxmağa heç ciddi cəhd də etməyib. Orta Asiya türk respublikalarının yunan Kiprin tanımağı və səfirlik açmaq istəyi, Avropa vasitəsilə Rusiyadan qopmaq cəhdidir”, – politoloq deyib.

Ekspert qeyd edib ki, Azərbaycan ikinci Qarabağ müharibəsi ilə Rusiyanın bütün regional siyasi planlarını məhv etdi.

“Artıq Azərbaycan keçmiş sovet respublikalarının real müstəqilliyi üçün bir nümunə, bir stimuldur. Bu da Rusiyanın özünün arxa baxçası hesab etdiyi keçmiş sovet respublikalarında nüfuzunun itirməsinə gətirib. Əgər, Rusiya keçmiş sovet respublikalarına təsirini itirirsə, onun qlobal güc mövqeyi də məhv olur. Rusiya da bunun qarşısını almağa çalışır. Demək, Azərbaycan nümunəsi Rusiyanı ən çox qıcıqlandıran və onu Rusiyanın ilk hədəfinə çevirən şərtdir.

Azal-ın sərnişin təyyarəsinin Rusiyada vurulması və faktının cinayətkarcasına gizlədilmə cəhdi, kiber hücumların təşkili, Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyətinin ifşası, Azərbaycan rəsmilərinə qarşı qeyri diplomatik davranışları Rusiyanın Azərbaycana qarşı daimi düşmənçiliyinin son nümunələridir. Hətta, Azərbaycan prezidentinin təyyarəsinə Rusiyanın hava məkanında elektron müdaxilə ilə bağlı məlumatlar da var.

Artıq, Rusiya Azərbaycana əhəmiyyətli təsir imkanlarından məhrum olub. Son zamanlarda Rusiyadan Azərbaycana ən yüksək səviyyədə rəsmilərin və hətta Rusiya patriarxı Kirilin səfəri gərgin münasibətlərin əlamətləridir və Azərbaycanı öz təsir dairəsinə qaytarmaq cəhdidir. 9 May paradına Putinin dəvətinin keçərli olmamasını, Tacikistan prezidenti İmamali Raxmon, Belarusiya prezidenti Lukaşenkonun birlikdə Azərbaycan prezidenti İlham Əliyevə iştirak dəvəti üzə çıxarır.

Əslində, 44 günlük müharibə, 2023 antiterror əməliyatı, Rusiyanın SSRİ-ni diriltmək planlarının iflası və keçmiş sovet respublikalarının real müstəqilliyi üçün nümunə, Rusiyanı qlobal güc imicindən məhrum edən qələbədir”, – şərhçi deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu