Xəbərlər

Uğura və vətəndaş sevgisinə aparan yollar

Akademik Rafael Hüseynov bu dünyanın faydalı, dəyərli adamları haqqında sərgilədiyi yazıda Şərq aləminin böyük fikir adamı, filosof-şair Ömər Xəyyamın artıq aforizmə çevrilmiş misralarına istinad edir:

Mənsiz də dünyanın işi keçərmiş,

Əcəba, nə üçün cahana gəldim?

Sonra da Xəyyamın bu cavabsız sualının mümkün cavabı üzərində dayanır; anladır ki, doğrudan da dünya o böyük şair-filosofsuz da keçinə bilərdi. Ömər Xəyyamsız da hər yoxluqla barışan dünya gərdişindən qalmayacaqdı. Amma öz xalqı, Vətəni, ölkəsi üçün xeyirli işlər görməyi həyatının mənasına çevirmiş, fədakar, məsləkinə vurğun, aydın düşüncəli, xeyirxah adamlarsız dünya belə gözəl, mənalı olmayacaqdı.

Həyat, dünya ölkəsinin inkişafı naminə fədakarlıq göstərən, öz soydaşlarının problemləri ilə yaxından maraqlanan, yanında olan, milli təəssübkeşliyi ilə nümunəyə dönən insanlarla gözəldir. Eynilə, ləyaqətli ictimai-siyasi xadim, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev kimi şəxsiyyətlərlə.

Bir ziyalı, söz adamı olaraq mən Razi müəllimin heyranlarındanam. Onun siyasi iradəsi, soydaşlarının (və bir millət vəkili kimi, seçicilərinin) problemlərinin yanında olması, hər kəs üçün örnək ola biləcək intellekti, dünyaya və insanlara açıq olması, müasirliyi günümüzdə daha çox arzulanan, nadir hallarda rastlanılan amillərdəndir. Razi Nurullayev son onilliklərdə bölgəmizin (o cümlədən, konkret olaraq rayonumuzun) yetişdirdiyi, çağdaş ictimai-siyasi mövqeyinə görə yetərincə tanınan və dəstəklənən şəxsiyyətlərdən biridir. Məhz Razi Nurullayev ötən əsrin ənənəvi siyasi fəaliyyət, seçki mədəniyyəti və qanunları çərçivəsində adi hala çevrilmiş, oturuşmuş ələbaxımlıq sindiromlarına qarşı gedə bildi. Bölgə həyatımıza sivil özünütəbliğ mədəniyyəti gətirdi. Bu prosesdə ona ən çox sadə və səmimi, ünsiyyətcil, yüksək əxlaqi dəyər daşıyıcısı olması yardım etdi. O, öz xeyirxahlığı, yanımcıllığı və seçiciləri qarşısında hiss etdiyi məsuliyyət duyğusu ilə hər kəsə doğmalaşdı. Daha çox imkansız ailələrin yanında oldu, daha çox bölgə üçün xarakterik olan problemlərin həllinə yönəli xeyirli işlərin arxasınca getdi. Elmi psixologiya və pedaqogikanın “Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır” anlayışı bütün anlamı ilə Razi Nurullayevə xas olan cəhətlərdir.

Onun başlıca üstünlüyü fövqəladə ünsiyyət mədəniyyətinə malik olması, özünəməxsus sadəliyi və ictimaiyyətə açıq olmasındadır. Qurucusu və sədri olduğu Milli Cəbhə Partiyasının fəaliyyətə başlamasının ilk aylarından Razi Nurullayevin qəbul etdiyi başlıca prinsip partiyanın təşkilatlanması olub. O, həmişə birmənalı olaraq təşkilatlanmaq siyasətini dəstəkləyib. Dövlətin və dövlətçiliyin dəstəklənməsi düşüncəsinə sadiq lider kimi fəaliyyətini proqramlaşdırıb. Bu vacib dəst-xəttin ardıcıl surətdə irəli aparılması Milli Cəbhə Partiyasının başqanının və konkret olaraq sözügedən siyasi qurumun uğurlarının, cəmiyyətdə yetərincə dəstəklənməsinin başlıca təminatçısına çevrilib. Əgər bu gün bir partiya başqanı və millət vəkili kimi Razi Nurullayevin uğurlarının başlıca səbəbini bir sözlə ifadə edəsi olsaq, o söz əlbəttə ki, böyük hərflərlə yazılası Fəaliyyət sözü olar. Bu, təbii, ədalətli bir dəyərləndirmədi. Çünki Razi Nurullayevin ictimai-siyasi kapitalını dolğunlaşdıran göstəricinin önündə onun Fəaliyyət, yorulmazlıq reallığı gəlir. Süstlük, yerini isti salmaq anlayışı onun fəaliyyətinə zidd olan cəhətlərdi. Bu prosesdə aparıcı meyar R.Nurullayevin şəxsiyyət bütövlüyüdür. O, bütün düşüncəsi, siyasi fəaliyyəti baxımından demokratik, humanist cəmiyyətin qurulması və daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Eyni zamanda bu vacib tendensiyanın gerçəkləşməsi prosesində bir partiya başqanı və ictimai- siyasi xadim kimi özü də fəal iştirak edir. İlk növbədə ona böyük dəstək verən, inanan, həlledici səsini ondan əsirgəməyən seçicilərinin güvənini qazanması onun ən etibarlı kapitalına, dəstəyinə çevrilib.

Yuxarıda qeyd etdiyimiz kimi, R.Nurullayev bölgəmizin siyasi həyatına azad seçki, yeni dəyər, şəffaf, aydın rəqabət mədəniyyəti gətirib. Onun seçki mədəniyyətinin bəlağətli, pafoslu səhifələri, gəlişmələri yoxdur. Daha çox konkretlik, reallıq prinsiplərindən çıxış etməsi Razi Nurullayevin liderlik haqqını önə çıxarır. Bu baxımdan seçiciləri onun konkret fəaliyyətə, işin özünə çevrilən platformasına dərin hörmət və həmrəylik duyğusuyla yanaşırlar. Bu vacib xüsusiyyətlərinə görə Razi Nurullayev bütün seçiciləri tərəfindən birmənalı olaraq dəstəklənən, praktiki olaraq ətraf mühitin, cəmiyyətin təsirinə arzuolunan şərtər daxilində cavab reaksiyası verə bilən bir şəxsiyyətdir. Əsas olan cəhət bir partiya başqanı kimi Razi Nurullayevin təşkilatdaxili maariflənmək sahəsindəki fəaliyyəti onun ətrafında yetərincə ziyalı təbəqəsinin cəmləşməsinə vəsilə olmasıdır. Eyni zamanda cəmiyyətin çoxsaylı siyasi fəalları Milli Cəbhə Partiyası daxilində özlərini doğma bir ailə əhatəsində hiss edirlər. Siyasi həmrəylik, sosial bağlılıq bu ailəni birləşdirən başlıca cəhətlərdir. Adam özünü bu ailədə çox rahat, mənən zəngin hiss edir. Fikir azadlığı partiyadaxili münasibətlərdə başlıca meyardır.

Haqqında bəhs etdiyim bu dəyərlər barədə mənim əziz dostum, qardaşım Vilayət Muradlı, partiya funksiyanerləri Rafiq Daşdəmirli, Ehtiram Mehtiyev, Kamil Babayev, Məhəmməd Əsədullazadə, Vüqar Dadaşov, Pərviz Şıxəliyev, Murad Alışov, Qənbər Əhmədli və başqa həmfikirlərimlə mütəmadi olaraq fikir mübadilələri aparırıq. Artıq bir ailədə birləşmiş, eyni düşüncə və amal uğrunda bir araya gəlmiş bu insanların özü də ayrı-ayrılıqda əsl tərbiyə, vəfa və sədaqət örnəkləridir. Məsləhətli, proqramlaşdırılmış, demokratik dəyərlərə hesablanmış, yetkin təşkilatçılıq bacarığına sahib olan insanların bir arada olmsı konkret uğurların gerçəkləşməsində başlıca amilə çevrilir. MCP-nın qərargahı doğma, olduqca həssas insanların bir araya gəldiyi hücrə kimidir. Şəhla xanımdan Ləman xanımacan, Səyadulla Kərimlidən, Elçindən tutmuş Arif Qafarova qədər hər kəs burada özünü doğma ocaq başında olduğu kimi hiss edirlər. Bütün bu doğmalığın, fikirdaşlığın təməli Razi Nurullayevin partiyadaxili məsələlərdə yaratdığı səmimi auranın hesabına formalaşıb. Razi Nurulayev sadə, zəhmətkeş xalq arasından seçilənlərdəndir. Keçib gəldiyi həyatın sadə həqiqətlərinə, yaşam tərzinə vəfalı bir şəxsiyyətdir. Onun öz seçimi də xalq, sadə insanlar ailəmilə sıx ünsiyyət, davamlı əlaqə reallığından gəlir. Bu istiqamətdəki hərəkətliliyi onun səmimiyyətlə qəbul edilməsinə, həmişə arzulanan şəxs olaraq qalmasına vəsilə olur.

Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyası iqtidar partiyasından sonra yeganə siyasi qurumdur ki, onun ölkəmizin bütün regionlarında, şəhər və rayonlarında gerçək dayaqları var. Milli Cəbhə Partiyası işlək mexanizm kimidir. Üzvlük istəklərinin rəsmiləşdirilməsindən tutmuş təşkilatlanma prosesinə qədər hər şey peşəkar, ideyalara vəfalı, öz işini və siyasi mədəniyyətini bilən, qəlbən bu quruma bağlı olan, olduqca ziyalı və mütəvazi, cəmiyyət problemlərinə yaxın, həyatın hər üzünə bələd insanlar tərəfindən aparılır. Həssas idarəetmə prinsiplərinə sahib olan bu insanlarla bir arada olmaq olduqca xoşdur. Milli Məclisə seçkilərin sentyabrın 1-də keçirilən dövründə bu ünsiyyət və peşəkarlığın, eyni zamanda, təşkilatlanma bacarığının real nəticəsi apaydın görünürdü. Yəni artıq Milli Cəbhə Partiyasının Azərbaycan siyasi həyatındakı aydın yeri və mövqeyi hər kəs üçün bəlli idi. Xüsusi rəğbət və sayğıyla qarşılanırdı. Partiyanın başqanına xalq etimadında tərəddüd yox idi. O, birmənalı şəkildə dəstəkləndi, çoxsaylı seçici səsi qazana bildi, onunla rəqabətdə olan namizədləri böyük səs çoxluğu ilə qabaqlaya bildi. Bütün bunlar sistemli və ardıcıl fəaliyyətin, insanlarla bir arada olmaq, onların problemlərinin həllinə olduqca doğma şəkildə yanaşa bilmək istedadının parlaq nəticəsiydi. Bu seçimdə ziyalılar, sadə insanlar, əmək adamları Razi Nurullayevin yanındaydılar. Heç bir xüsusi təbliğata, ənənəvi olaraq düzənlənən şou xarakterli görüşlərə ehtiyac yoxuydu. Bir ziyalı kimi bütün bunları yaxından izləmək, şahidlik etmək və yanında olmaq mənim üçün olduqca xoş idi. Hər cür üzgörənlikdən, yarınmaqdan, vədbazlıqdan uzaq seçki kompaniyasının gedişatını izləmək adamı inamlı və daha çox imanlı olmağa, təqdir etməyə sövq edir. Sənin özünü də hərəkətə gətirir, yeniləyir. Və sən özün də cəmiyyət üçün, səni əhatə edən insanlar, soydaşlar üçün maraqlı, arzuolunan, əlçatan olduğunu daha yaxından hiss edirsən. Cəmiyyətdəki yerini görürsən. Məsuliyyət hissini artır…

Bilinən həqiqətdir ki, siyasi fəaliyyət mütəmadi, daima hərəkətdə olan bir məvhumdur. Və bu hərəkətliliyin başlıca stimulverici qüvvəsi maraqlar dairəsidir. Maraq siyasi hərəkəti əmələ gətirir. Marağın gerçəkləşməsi üçün siyasi və təşkilati vasitələr hərəkətə gətirilir. Milli Cəbhə Partiyası və onun başqanı üçün bu məqsəd və istək birmənalı olaraq insan amilinin, sosial problemlərin önə çəkilməsi, cəmiyyətin inkişaf posesinə yeni və arzuolunan rəng qatmaqdır. Xalqını, millətini, dövlətini sevməyən, dövlətçiliyin yanında olmayan kəslərin yolu dalana dirənir. Bitir. Tükənir. Gələcəyin daha böyük uğurları bu sevgi, diqqət və vətəndaşlıq hissinə sahib olanlarındır. Eynilə Milli Cəbhə Partiyası və Razi Nurullayev kimi olanların…

Sərvaz Hüseynoğlu – Milli Cəbhə Partiyası İmişli təşkilatının sədri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu