Xəbərlər

Türkiyənin Suriyada terroru bitirmə ƏZMİ – Razi Nurullayev

“Suriya və Türkiyə elə bir gücdədir ki, YPG və PYD-ni hərbi yolla sıradan çıxara bilər”. 

Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Yenicag.az-a açıqlamasında deyib.

Deputat sözlərin görə, YPG və PYD-nin Suriyadan çıxması, bölgədə siyasi stabilliyin yaranması, münaqişənin azalması, Türkiyə ilə münasibətlərin müəyyən qədər yaxşılaşması anlamına gəlir.

“Düşünürəm ki, bu, müsbət addımdır. Həm də düşünürəm ki, Suriyanın yeni hökuməti ilə onlar arasında da münasibətlərin yaxşılaşmasına və gələcəkdə onların da hökumətdə təmsilçiliyinə imkan yarana bilər. İstənilən halda, bu gün onların silaha sarılıb dayanması, Türkiyənin Suriyanın tələblərinə mənfi cavab verməsi onlar üçün heç də yaxşı bitməzdi”, – millət vəkili qeyd edib.

R.Nurullayev bildirib ki, bu gün həm Suriya, həm də Türkiyə o gücdədir ki, o qrupları tam olaraq hərbi yolla sıradan çıxara bilər.

“Təbii ki, müharibələrə ehtiyac yoxdur. Hər bir məsələ danışıqlarla, sülh yolu ilə həll oluna bilər. Ümid edirəm ki, onların da bu şərtlərə uyması növbəti münaqişələrin qarşısını alar, həm də bu, Türkiyə cəmiyyətində yaxşı qarşılanacaq.

İstənilən halda, bütün narazılıqlar masa ətrafında həll olunur. Ümid edək ki, Türkiyə Suriyada bu münaqişəni bitirəcək və stabil, münaqişəsiz bir ölkəyə çevriləcək. Bu ölkədə də xalqın özünün yaşamaq, seçib seçilmək hüququ var. Suriyada xalqın gələcəyi, rahat yaşaması baxımından bu proses olduqca əhəmiyyətlidir”, – MCP başqanı deyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu