Xəbərlər

Türkiyənin gücü və təsiri nəticəsində İraq parçalanmadı – Tural İrfan

Azərbaycanın ərazi bütövlüyünü heç kəs şübhə altına ala bilməz, heç kəs separatizmi körükləyə bilməz. Bəziləri 90-cı illərdə ölkəmizdə zəif hakimiyyətlərdən istifadə edərək kənardan separatçılıq toxumu səpir, təxribat yaradırdılar. Dövlətimiz möhkəmlənəndən sonra bu toxumun kökü kəsildi. Ancaq yenə də zaman – zaman bu amilləri xarici güclər dirçəltməyə səy göstərir, bununla Azərbaycana təziq edərək mənfur niyyətlərinə şərik etməyə cəhd edirlər. Bir neçə il öncə Şimali İraqda referendum keçirib “müstəqil Kürdüstan”ı elan edəndə İsrail bayraqlarının sayı kürd bayrağından daha çox idi. Hər kəsdən öncə Türkiyənin gücü və təsiri nəticəsində İraqın parçalanmasının qarşısı alındı və hazırda o bölgə muxtar vilayət olaraq fəaliyyət göstərir, Türkiyə və Azərbaycan ilə də normal əlaqələri var. Ancaq əvvəlki niyyətlər gerçəkləşsə idi hazırda o bölgədə Türkiyə, Azərbaycan üçün ikinci Ermənistan yaradılmış olacaqdı.

Bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Tural İrfan deyib. O, bilfirib ki, bir müddət əvvəl Netanyahunun oğlu “Böyük Kürdüstan” xəritəsinin fotosunu paylaşarkən Qarabağı da bu ərazinin tərkibində göstərmişdi:

“Elə bilirsiniz guya onlar kürdlərə xidmət edib dövlət qurmaq istəyirlər? Bu, belə deyil. Mümkün qədər müsəlman və türk dünyasını parçalayıb özündən özünə düşmən yaratmaq, özünü öz içindən, öz əli vurmaq mahiyyəti daşıyır bu planlar.

İranda da bəzi qüvvələr hələ də Azərbaycanın müstəqilliyini həzm edə bilmir, gah bizə “şurəvi”deyir, gah İsrailin əlaltısı kimi yanaşırlar, Azərbaycanı İrana bağlı görmək istəyirlər. Ancaq hər ikisi yanılırlar. Azərbaycanın öz dövlət siyasəti var, dostu və düşməni seçmək haqqı var. Həmçinin eyni zamanda heç kəs Azərbaycana qarşı ərazi iddiası edə bilməz. Əksinə Azərbaycanın tam hüququ və haqqı var desin ki, bizim torpaqlar bəzi qonşu dövlətlərin sərhədləri daxilindədir. Bunu danılmaz tarix və çox da uzaqda olmayan rəsmi sənədlər təsdiq edir.

İndi özümüzün tarixi ərazimiz olan Zəngəzurdan yol açılmasına İran etiraz edir. Məqsəd Hizbullahın sabiq rəhbəri Sübhi Tufeylinin də etiraf etdiyi kimi Azərbaycanın Türkiyə ilə əlaqələrini məhdudlaşdırmaq, Türk dünyası ölkələrinin sıx əlaqələrinin, dünyaya çıxışının qarşısını almaqdır. Şübhəsiz ki, müsəlmana xas mövqe olmasa da İranın bir nömrəli məqsədi Türkiyə ilə Azərbaycanın arasını vurmaq, maksimum maneələr yaratmaqdır.

Hətta bir ara rəsmi şəkildə elan etmişdi ki, guya “Sünik” (Zəngəzur) qədim erməni torpağıdır və bunların tarixən əlaqələri olub… Ancaq unudulur ki, ermənilər o ərazilərə gəlmədir, tarixi toxumları isə Hindistan və Babilistan ərazilərindəndir. Tarixi Alban məbədləri, qədim mədəni irs, arxeoloji faktlar təsdiq edir ki, Zəngəzur türk yurdudur. Ancaq cənub qonşumuzun indi sahib olduğu ərazilərdə yaşayan türk əsilli xalqlar və min illərlə o coğrafiyada qurulmuş dövlətlər, türk hökmdarlar sübut edir ki, əksinə bizim daha çox haqqımız var çox şeyə…

Buna rəğmən Azərbaycan, işğal edildiyini beynəlxalq təşkilatların da təsdiq etdiyi ərazilərdən başqa qonşu ölkələrə heç zaman torpaq iddiası etməyib, fəqət orada yaşayan soydaşlarımızın haq və hüquqlarının qorunmasını istəyib.

Qondarma “böyük ermənistan” xülyası ilə Qərbin səlibçili dairələri daşnaklarları o qədər bihuş etmişdilər ki, hətta bunu konstitusiyalarına saldılar. Fəqət nəticə bəllidir, haqq qalib gəldi, Azərbaycan öz ərazilərini azad etdi və erməni xülyası puç oldu.

Başqa bir nüans isə İstanbulun türk-müsəlmanlar tərəfindən fəthini Qərb səlibçiləri hələ də həzm edə bilmirlər, ümid edirlər ki, haçansa tarixi fürsət tapıb vəziyyəti dəyişəcəklər. Bunu dəfələrlə səsləndirilənlər olub, bu yaxınlarda hətta bir keşiş Norveçdə rəsmi sənəddə özünü “Konstantinopolun patriki” kimi qeyd etmişdi.

14 mart, 2019-ildə Netanyahunun oğlu Yair Netanyahu Türkiyəni hədəf alıb “Ona, İstanbulun adının Konstantinopol olduğunu və türk işgalından öncəki min il boyunca Bizans İmperatorluğunun və ortodoksların paytaxtı olduğunu xatırladıram” şəklində bir paylaşım etmişdi.

Oğul Netanyahudan iki gün sonra Yeni Zellandiyadakı məscidə hücum edən caninin də İstanbula “Konstantinopol” dediğinim ortaya çıxması bu kimi hücum planlarının mənbəyini ortaya qoydu.

Ərdoğan isə oğul Netanhayu və məscidə hücum edən caniyə belə bir sərt münasibət göstərmişdi:

“Bu əxlaqsız İstanbula “Konstantinopol” deyir. Bu millət, bu can bu bədəndə olduqca belə bir şeyə əsla izn verməz. İsrailin başında bir soyğunçu, yarğılanan var, onun oğlu da tweet atır, İstanbul Bizansın başkəndi, xristian şəhəridir deyir. Əxlaqsız, siz Filistinin tamamını işğal etdiniz. Netanyahu zalimdir. Dünyada zülmedən bir ölkə aranırsa o da İsraildir. Terror dövləti aranırsa o da İsraildir. Bunları söylədiyimə görə narahat olan varsa onlar getsin rahatsız olsunlar… Bütün dünyanın göz bəbəyii olan İstanbula “Konstantinopol” ifadəsini işlədən Netanyahu, oğlunun qulağını çək! Əgər bu nöqtədə bir az da irəli getsəniz, tərbiyə metodlarımız fərqlidir, sizləri o cür də tərbiyə etməyi bilirik. Artıq bura İstanbuldur.”

Ekspertin sözlərinə görə, bunlar onu sübut edir ki, Qərbin məqsədi İsrailin əli ilə iddia etdikləri torpaqları ya işğal etmək, ya da təsir dairələrinə salmaqdır:

“Bu gün İsrail əsgərlərinin hərbi geyiminin qolunda “Böyük İsrail” xəritəsi dərc olunub, Türkiyənin 20 faiz ərazisi də bu “xəritənin” tərkibindədir. İraq, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyənin də bir hissəsi bura daxildir. Hesab edirəm ki, “böyük ermənistan” planı istər bölgədə, istərsə də dünyada nə qədər problem yaratdısa, bu plan ondan daha böyük sönməz alovu körükləyəcək. Türkiyəyə qarşı ərazi iddiası həm də ermənilər tərəfindən var. Qeyd edilənlər təhrikçi mənbələrin kimliyini və əsl məqsədini ortaya qoyur. Odur ki, Azərbaycan və Türkiyə bu kimi iddialara qarşı hər zaman tədbirli olmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu