Xəbərlər

Trampın Avropaya müdaxiləsi rədd edildi – ŞƏRH

Rusiya-Ukrayna müharibəsinə görə Avropa ölkələri ilə ABŞ arasında ciddi siyasi böhran davam edir, qarşılıqlı təniqdlər, ittihamlar mövcuddur.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Baki-xeber.com-a deyib.

Politoloq qeyd edib ki, ABŞ Avropaya siyasi və hərbi dəstəyini kəsib.

“Qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında, demək olar ki, Avropanın təhlükəsizlik və müdafiəsi məsələsi ABŞ tərəfindən qəbul edilmir. Həmçinin Trampın Avropa liderlərini tənqid etməsi və onları zəif adlandırması Aİ ölkələri rəhbərləri arasında narazılıqla qarşılanır. ABŞ-la Avropanın formalaşdırdığı təhlükəsizlik çəmbəri demək olar ki, deqradasiyaya uğrayıb. Avropa da bunu qəbul etmək istəmir. Çünki aralarında uzun illərin müttəfiqlik münasibətləri var, Avropanın təhlükəsizliyini ABŞ həyata keçirir. Amma indi Donald Tramp bu öhdəliklərdən imtina edir və Avropanı özü-özünün təhlükəsizliyini təmin etməyə çağırır. Rusiya-Ukrayna müharibəsi ABŞ və Avropa arasında münasibətlərin bu şəkildə gərginləşməsində katalizator rolunu oynadı. Hazırda ABŞ Rusiya ilə daha yaxın münasibətdədir, nəinki Avropa və Ukrayna ilə. ABŞ Ukrayna böhranı ilə bağlı məsləhətləşmələri Avropa ilə deyil, Rusiya ilə keçirir. Aİ də ABŞ-ın bu siyasətindən nəticə çıxarır…”, – şərhçi deyib.

Ekspertin fikrincə ABŞ bundan sonra Avropa ilə təhlükəsizlik və siyasi əməkdaşlığa davam etməyəcək.

“Yeni dünya siyasi nizamı qurulur. Avropa özü öz təhlükəsizliyini təmin etməlidir. Leyenin də açıqlamaları, təbii ki, Aİ-nin mövqeyidir, onlar ABŞ-nin siyasətinə etiraz edirlər. Yəni Avropa Komissiyası rəhbərinin kəskin etirazları və çağırışları Trampın siyasətilə bağlıdır. Eyni zamanda, Avropa Komissiyanın rəhbəri Amerikaya yönəlik “gəlin təhlükəsizlik müttəfiqliyini yenidən quraq” kimi çağırışlar da edib, amma bu, ABŞ tərəfindən qəbul edilməyəcək”, – MCP rəsmisi bildirib.

Bir cavab yazın

Back to top button