Xəbərlər

Tramp və Putin dünyanın taleyi ilə oynayırlar – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Rusiya lideri Vladimir Putinlə bağlı kəskin fikirlər səsləndirib.

Sosdem.az xəbər verir ki, məsələylə bağlı Sherg.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Trampın seçki ərəfəsində Ukrayna savaşının durdurulması yönündə vədlərini xatırladıb:

“Güman edilirdi ki, o gəlib bu müharibəni dayandıracaq. Ancaq əksinə oldu. Populist, bir qədər də qeyri – ciddi açıqlamaları ilə, təzadlı və yalnız biznes maraqlarına əsaslanan çıxışlar etməsi, müəmmalı qərarlar verməsi onun siyasi sanbalını, ona olan etimadı zəiflətdi. Təbii ki, onun bu cür davranışlarından da Rusiya prezidenti Vladimir Putin “bəhrələnməyə”, istifadə etməyə başladı. Bir neçə gün öncə hər iki lider arasındakı telefon danışıqlarının mahiyyəti göstərir ki, artıq bu şəxslər dünyanın taleyi ilə oynayırlar.

ABŞ-ı prezidentinin həyat yoldaşı haqqında Putinin sözlərini Trampın ifadə etməsi kimi nüanslar artıq bu liderlərin ciddi müzakirə aparmadıqlarının göstəricisidir. Bir neçə ay əvvəl Rusiya prezidentini həddən artıq tərifləyərək Ukrayna rəhbərini aşağılaması ilə indiki populist çıxışları da qeyri-ciddilikdən xəbər verir”.

Ekspert əlavə edib ki, müharibə dayanmalıdır, ən azı davamlı atəşkəsə nail olmaq lazımdır:

“Bunun üçün isə tribunadan təhdid yağdırmaqla paralel əməli işlər də görülməli, ciddi addımlar atılmalı, danışıqlar aparılmalı, təsir göstərilməlidir. Trampın Putin haqda xoş sözlər deməsindən o qədər də çox keçməyib. Məgər o dövrdə lazımsız yerə saysız-hesabsız günahsız insanlar öldürülmürdü?! Tramp bunları görürdü?! Amma onun Rusiyaya ilkin münasibəti həm öz ölkəsində həm də dünyada ciddi narahatlıq yaratdı və reytinqinə zərbə vurmağa başladı. Bu da onun bir çox daxili qərarlarına etiraz yaratdı.

Nəticədə indi bu cür açıqlamalar verir. Avropa ilə müəyyən anlaşmazlıqları da onun bu savaşın durmasına marağını azaldır. Çünki ABŞ hesab edir ki, həm Rusiya həm də ona rəqib olan Avropa birliyi bu savaşda bataqlığa sürüklənir. Rusiyanın artıq iqdisadiyyatı Çindən asılı duruma düşüb. Avropa Ukraynaya yardım, silah çatdırmaqda çətinlik yaşayır. Ukrayna dəhşətli dərəcədə borclanır, tarimar olur ki, sonrakı mərhələdə ölkənin bərpası da əsasən Avropadan asılı olacaq. Odur ki, Trampın bu çıxışlarını qeyri-ciddi və populist hesab etmək lazımdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu