Xəbərlər

“Tolerantlıq Azərbaycan xalqının milli kimlik vəsiqəsidir” – MCP rəsmisi

Azərbaycanda dini tolerantlıq tarix boyu xalqımızın milli kimliyinin mühüm tərkib hissəsi olub. Ölkəmizdə müxtəlif dinlərin və məzhəblərin nümayəndələri heç bir ayrı-seçkiliyə məruz qalmadan, sülh və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu müxtəliflik ölkəmizin zəngin mədəniyyətinin ayrılmaz hissəsidir...

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə Azərbaycanın multikulturalizm siyasətini və qlobal dini gərginliklər fonunda ölkəmizin tutduğu mövqeyi şərh edərkən deyib.

Ekspert bildirib ki, İslam dini ilə yanaşı, xristianlıq, yəhudilik və digər dini icmaların ölkədə sərbəst fəaliyyəti cəmiyyətin birliyini təmin edir:

“Bu gün dünyanın bəzi bölgələrində ksenofobiya və islamofobiya meyillərinin artması fonunda Azərbaycanın tolerantlıq modeli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövləti müxtəlif dinlərə məxsus ibadət yerlərini qoruyur, bərpasını dəstəkləyir və insanların sərbəst ibadət etməsi üçün yüksək səviyyədə şərait yaradır. Bu, bir çox ölkələr üçün nümunə hesab oluna bilər.”

MCP rəsmisi işğaldan azad edilmiş ərazilərdəki bərpa işlərinə də diqqət çəkib:

“Cənab Prezident İlham Əliyev tərəfindən azad olunmuş ərazilərdə məscidlərin bərpası və yenidən tikilməsi dövlətin dini-mənəvi dəyərlərə verdiyi önəmin əyani göstəricisidir. Dünyada müqəddəs məkanlara qarşı zorakılıq və dini abidələrin dağıdılması halları baş verdiyi bir vaxtda, Azərbaycanda bütün dinlərin fəaliyyəti tam azaddır. Biz bu ənənəni qoruyub saxlamalıyıq”.

Bir cavab yazın

Back to top button