Tokayev Özbəkistan və Türkmənistanı Avropaya aparır, yoxsa Rusiyaya hədiyə edir? – ŞƏRH

Türk dünyasının yeni dünya nizamına təsiri və nüfuzu ənənəvi düşmən qüvvələri hərəkətə keçirib. Məqsəd təbii ki, böyük türk birliyinin formalaşmasını əngəlləməkdir. Türkiyə və Azərbaycan türk dünyasının əsas lokamativi kimi hədəfdədir.
Əlbəttə ki, Azərbaycanın Rusiya, Fransa, İran və sair havadarları olan Ermənistan üzərində möhtəşəm qələbəsi, Türkiyənin hərb sənayesində texnaloji sıçrayışı və faktiki olaraq dünyada söz sahibinə çevrilməsi, Suriyada keçirdiyi rejim dəyişikliyi Qərbdə türk qorxusunu canlandırdı.
Buları Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə Trampın yeni prezidentliyindən sonra, NATO daxilində müttəfiqlərinə qarşı münasibəti Avropanı Rusiya qarşısında çarəsiz vəziyyətə gətirdi.
“Trampın Avropanın təhlükəsizliyinə laqeydliyi, Avropanı Türkiyəyə sığınmağa məcbur etdi. Polşanın baş naziri Tuskun Türkiyə prezidenti cənab Ərdoğana xahişindən sonra, Avropanın yenidən Osmanlı imperiyasının təsirinə düşəcəyini ehtiyat edən qüvvələr bütün imkanlarla Türkiyəni sıradan çıxarmağa çalışır.
Türkiyə qarşı ilk zərbə Əkram İmamoğlu ilə başladı. Əslində, xristian mərkəzləri İmamoğlu vasitəsi ilə Ərdoğanın hakimiyətdən getməsi üçün keçirdikləri mitinqləri elə dövlət çevrilişinə cəhd idi.
Avropanın xristian mərkəzləri Avropa İttifaqının və xüsusən də Fransanın rəhbərliyi ilə Türk dünyasına zərbə vurmağı bacardı.
Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti: Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açır və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzalayaraq Türkiyənin Kiprdə işğalçı dövlət olduğunu təsdiq etdilər”, – ekspert bildirib.

Politoloq, belə bir nəticədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin xüsusi rolunun olduğunu düşündüyünü qeyd edib.
“Tokayevin Özbəkistan prezidenti Şavkat Mirziyayevə və Türkmənistan prezidenti Sərdar Berdıməhəmədova təsirinə, danışıqların aparılmasında və Tokayevin yekun nəticədə maraqlı olmasına heç bir şübhə yoxdur. Hələ 2022-ci ilin yanvarında Tokayev türk dünyasında böyük nüfuza malik, türk dünyasının ağsaqqalı, müasir müstəqil Qazaxıstanın qurucusu, keçmiş prezident Nazarbayevi Moskvanın göstərişi və hərbi dəstəyi ilə faktiki hakimiyətdən məhrum etdi. İndi də məlumdur ki, Tokayev tapşırıqlarını Moskvadan alır.
Türk dünyasının güclənməsinə, Türk Dövlətləri Birliyinə qarşı Rusiya ilə bəzi Avropa ölkələri və Qərb xristian mərkəzləri, hətta İran eyni mövqedən çıxış edir. Bir-birinə düşmən olan qüvvələr türk dünyasına qarşı birləşmək bacarığını qoruyub saxlayıb. Türk dünyasının güclənməsini, dirçəlməsini Rusiya tərkibində olan türk regionlarınlnın ayılması qorxusu ilə Moskva özünün dövlətçiliyi üçün ciddi təhlükə hesab edir.
Rusiyada son konstitusiya dəyişikliyindən sonra, yerli aborigen xalqların ruslaşdırılması, xristianlaşdırılması güclənib. Son statistik məlumatlara görə Rusiyada ən çox dilindən və identik kimliyindən uzaqlaşan tatar və başqurdlardır.
Əslində Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq qərarı və Avropa İttifaqı ilə həmin razılaşmanı imzalamaqla, bəlkə də nəzərdə tutduğu Rusiyadan uzaqlaşma etmədi. Əksinə, Özbəkistan və Türkmənistan Türkiyə və Azərbaycandan uzaqlaşmaya getdi, yəni özlərini siyasi-diplomatik və hərbi meyda müdafiəsiz qoydu. Avropanın hələ bir dövlətə verdiyi zəmanət özünü nəinki doğrultmayıb əksinə, həmin Avropa “zəmanəti” dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün pozulmasını şərtləndirib.
Gürcüstan, Ukrayna nümunəsi müasir və yaşadığımız tarixə aiddir. Rusiya tərəfindən Özbəkistanın, Türkmənistanın işğal olunması yolu açılır. Zatən Qazaxıstan isə Tokayev vasitəsi ilə Rusiyanın nəzarətindədir, – başqan müavini bildirib.
Şərhçi, Azərbaycan prezidenti İlham Əliyevin 2024-cü ilin fevralında Prezident seçildikdən sonra çıxışında, “bizim bir ailəmiz var, o da Türk ailəsidir”, fikrini xatırladaraq bildirib ki, Avropanın özünün enerji təhlükəsizliyi və Rusiyadan asılılığını aradan qaldırmaq üçün Asiya və Xəzəryanı ölkələrdən enerji resurslarına ehtiyacı var.
“Regiondan enerji daşıyıcılarının Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınması, həmçinin Azərbaycan və Türkiyə üzərindən mövcud infrastruktur vasitəsilə tranziti Avropanın Azərbaycan və Türkiyədən, eləcə də Qazaxıstan, Özbəkistan, Türkmənistandan asılılığını yarada bilər. Olsun ki, TDT üzləri strateji perespektivdə bu məsələni Türkiyə və Azərbaycanla razılaşdırıb.
Qazaxıstan, Özbəkistan, Türkmənistanın məlum qərarından sonra, Türkiyə və Azərbaycanın müəyən susqunluğu prosesin nəzarətdə olduğu kimi dəyərləndirilə bilər. Hər bir halda, məsələ ilə bağlı yekun qənaət gəlmək zənimmcə hələ tələskənlik olardı”, – siyasi şərhçi qeyd edib.