Xəbərlər

Terrorçuları siyasi məhbus elan ediblər – Politoloq

ABŞ-dən olan bir neçə Kongresmen və özlərini “hüquq müdafiəçisi” adlandıran bir neçə şəxs Azərbaycanda həbsdə saxlanılan erməni separatçı və terrorçuları “siyasi məhbus” adlandırırlar.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, erməni lobbisinin maliyyəsi və təlimatları ilə beynəlxalq hüquqa zidd olaraq  Azərbaycanı “etnik təmizləmədə” və “müharibə cinayətlərində” ittiham etmək kampaniyasna başlayıblar:

“Bu kimi mövqenin  ortaya qoyulması göstərir ki, belə şəxslər beynəlxalq terrorizmi dəstəkləyənlərdi, Vaxtı ilə İŞİD və Əl-Qaidə terror təşkilatını yaradanların davamçılardır. Eyni system, eyni siyasət. Bu, məhz şərqə qarşı çirkin siyasətin bariz nümunəsidir. Bununla da Azərbaycana qarşı yeni erməni terrorunu yaradılmasına rəvac verilir.

Özlərini demokratik dünyanın beynəlxalq hüquqa söykənən hüquq müdafiəçı adlandıran bu şəxslər, erməni terrorçularını “siyasi məhbus” donu geydirib, beynəlxalq hüququ heçə sayırlar. Ermənistan hökumətinin etmədiyini və azadlıqlarını tələb etmədiyi “etnik təmizləmə” və “separatçı, terrorçularla”  bağlı məsələləri gündəmə gətirməklə yalnız sülhü sabotaj edirlər. Bu kimi qərəzli kampaniyanın məqsədli şəkildə Azərbaycanla Qərb arasında uçurum yaratmaqdan ibarətdir.

Artıq Ermənistan hakimiyyəti Qarabağdan könüllü gedən soydaşlarına rəsmən vətəndaşlıq verir. Azərbaycana qarşı bu qərəzli kampaniyanın arxasında duran ABŞ-ın bəzi  kongresmenləri və Avropanın bir neçə mərkəzləri rəsmi Yerevanın bu siyasətini görməzlədən gəlir”.

Politoloq vurğulayıb ki, Azərbaycan sərhəddini qanunsuz keçən və terrorçu qrupları maliyyələşdirən Ruben Vardanyanı “siyasi məhbus” adlandıran hüquq müdafiəçiləri, onun cinayətlərini eşitmək istəmirlər:

“Bu mövqe  Qərbin ali insan hüquqları ilə bağlı açıqlamalarina ikrah hissi yaradır. Açıq şəkildə Azərbaycanı etmədiyi işlərə görə ittiham edirlər. Erməni lobbisinin pulu onların gözlərini kor, qulaqlarını kar edib. Ruben Vardanyanı və digər separatçıları “siyasi məhbus” adlandıranlar, Ukraynadakı separatçıları terrorçu adlandırır. Amma, mahiyyət və görülən iş eynidir. Separatçı və terrorçunun fərqi olmur. Görünür, Qərbin bir çox dairələri üçün yaxşı və pis separatçı-terrorçu var.

Azərbaycan haqlı olaraq bu terrorçu zehniyyətə və onların müdafiə etdikləri terrorçulara ən ağır cəza verməlidir. Onsuzda onların 30 il ərzindəki cinayətləri layiqli cəza almalarını labüd edir. Azərbaycanla Ermənistan arasında sülhü istəməyən bu qüvvələr, münaqişədən milyonlarla pul qazanırlar. Beynəlxalq hüquq isə, əllərində alət olaraq qalır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu