Xəbərlər

TƏBİB kimə və nəyə lazımdır? – Hüquqşünas

Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov TƏBİB-in vətəndaşlara laqeyd yanaşdığını bildirib.

O, bununla bağlı Sosdem.az-a bildirib.

Vətəndaş şikayəti əsasında TƏBİB-ə zəng etdiyini deyən hüquqşünas, qurumun sanki xəstəyə kömək etməkdə maraqlı olmadığını bildirib:

“Partiyamıza bir neçə gündür M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilən xəstə ilə bağlı şikayət daxil oldu. Şikayətdə xəstəyə heç bir tibbi yardımın edilmədiyi bildirilir.

Məsələylə bağlı TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladım. TƏBİB-dən verilən cavablardan belə nəticəyə gəldim ki, TƏBİB bütün vəchlə xəstəyə kömək etməkdənsə, formallığı, xəstəxananın vətəndaşa laqeyid münasibətini dəstəkləməyə üstünlük verir.

Hələ ki, heç bir nəticə əldə etməsək də İcbari Tibbi Sığorta məsələnin həlli üçün gərəkli addımların atılacağını bildirdi.

Bu faktdan sonra bir daha əmin olursan ki, TƏBİB yamaq qurum kimi ölkə səhiyyəsinə yük və əyləcdir. Axı Səhiyyə Nazirliyinə, Dövlət Agentliyinə alternativ TƏBİB kimə və nəyə lazımdır?!”

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu