Xəbərlər

“Tarixi yaddaşlara köçürülməsi üçün filmlər önəmlidir” – Deputat

Əməkdar artist, tanınmış televiziya aparıcısı Dilarə Əliyevanın təqdimatında süni intellekt texnologiyaları vasitəsilə ərsəyə gələn “20 Yanvar Qürur Günü” adlı qısametrajlı filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev, MCP başqanının müavini Ehtiram Mehtiyev, millət vəkilləri, 20 Yanvar şəhidlərinin ailə üzvləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Müasir texnologiyalar və qan yaddaşımız

Ekran əsəri 20 Yanvar faciəsinin tarixi həqiqətlərini, xalqımızın sarsılmaz iradəsini və azadlıq uğrunda göstərdiyi qəhrəmanlığı müasir texnologiyaların imkanları ilə tamaşaçıya çatdırır. Süni intellektin köməyilə hazırlanan film hadisələrin bədii və vizual təsir gücünü artıraraq tariximizə yeni baxış bucağı təqdim edir.

“Tarixi hadisələrin yaddaşlarda qalması üçün belə layihələr vacibdir”

Tədbirdə çıxış edən millət vəkili Razi Nurullayev bu həyəcanı yaşatdıqlarına və qan yaddaşımızı təzələdiklərinə görə filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. MCP başqanı Azərbaycan tarixinin və mühüm hadisələrin gələcək nəsillərin yaddaşına həkk olunması baxımından bu qəbildən olan filmlərin çəkilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Deputat, həmçinin bu sahədə fəaliyyət göstərən yaradıcı şəxslər üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyini qeyd edib.

Bir cavab yazın

Back to top button