Xəbərlər

Təcili müdaxilə qaçılmazdır – Urbanizasiya, artım tempi, boşanmalar

Sosial dövlət, firavanliq dövlətinin qurulmasi sosial demokratiyanin məfkurə dəyərlərinə istinad edən Milli Cəbhə Partiyasının əsas devizidir. Partiyanın başqanı, deputat Razi Nurullayev bəyan edib ki, sosial dövlət olaraq bizim inkişaf yolumuz təhsil və əhalimizin yaxşi yaşamasıdır. Hər kəsin ləyaqətli yaşayışına zəmin yaradan sosial təminat sisteminin cəmiyyətin maraqlarina cavab verəcək, ehtiyaclarini ödəyə biləcək konteksdə formalaşması əsas məramımızdır.

Təəssüflə qeyd etmək lazımdır ki, bu sahələrdə indiyədək aparılan islahatlar toplumun əsas hissəsinin umidlərini hələ də doğrultmayıb. Hazırda iqtidarın sosial siyasətində Dövlətin Böyuk qayıdış proqramının prioritet istiqamət təşkil etməsi anlaşılandır. İşgaldan azad edilmiş ərazilərimizdə aparılan nəhəng quruculuq işləri böyuk həcmdə maliyyə resurslarının, kadrların, texniki vəsait və avadanlıqların dövlət proqramının realizə edilməsinə yönəldilib. Abad ediləcək rayonlarda infrastukturun qurulması ilə yanaşı iş yerlərinin açilması, köçurulən əhalinin təhlukəsizliyi, sosial təminati ilə baglı problemlər vaxt, səriştəli kadrların bu məsələlərə cəlb olunmasını tələb edir. Bununla belə sosial sferada hökumət tərəfindən təcili mudaxiləni zəruri edən problemlər var ki, onlarla operativ munasibət sərgiləmək lazımdır. Statistik göstəricilər Azərbaycanda əhalinin artım tempinin tədricən aşağı duşdüyünü göstərir. Bu ilin 3 ayi ərzində ölkədə əhali 9016 nəfər artıb, sayımız 10 milyon 190 min civarına çatmaqdadır. Bu isə, o deməkdir ki, 2024-cu ilin sonu üçün artım orta hesabla 36 min nəfər olacaq.

Qeyd etmək yerinə duşərdi ki, ölkəmizin ən çətin gunlərində, iqtisadi gərginliyin yaşandığı dövrlərdə belə iqtisadi artim bu həddə düşməmişdir. Statistika göstərir ki, 2017-ci ilə qədər artım dinamikası 100 minin üzərində olub, 2018-ci ildən başlayaraq artım tempi aşağı düşməyə başlayıb. Bu amil hökumətin diqqət mərkəzində olmalı, onu doğuran səbəblər hərtərəfli araşdırılmalı, mövcud vəziyyətdən çıxış yollari tapılmalıdir. Həyəcan təbilini döymək üçün digər sosial faktor ölkədə ailə institutunun tədricən çökməsidir. Burada yenə rəqəmlərin dilinə müraciət etsək vəziyyət təxminən belədir. Bu ilin əvvəlindən qeydə alınmış nikahlarin sayı 15 min, boşanmalar isə 7.500 təşkil etmişdir, yəni hər iki ailədən biri dağılmışdır. Dağılan ailələr hər biri humanitar sahədə yaşanan faciə olmaqla bərabər, dövlətin ailə institutu ilə bagli qayğılarının, maliyyə məsrəflərinin, digər problemlərinin artmasıdır. Düşünürük ki, bu problem təkcə sosial deyil, psixoloji, fizioloji və digər amillərlə də bağlıdır, lakin sosial faktor ailə dəyərlərinin deqradasiyasında aparıcı faktordur. Hazırda ölkədə işsizlik, əmək haqlarının ailələrin sosial ehtiyaclarını ödəyəcək səviyyədə olmaması bu problemi dərinləşdirən amillərdəndir.

Mənzil tikintisi üçün ipoteka tələbləri əksər ailələrin uzun muddət mənzilsiz yaşamasına səbəb olur. Rayon yerlərində iş yerlərinin azlığı da yuxarıda sadalanan problemləri yaradan səbəblər sırasına aiddir.

Buna bariz sübutu ölkədə urbanizasiyanın səviyyəsinin kəskin artmasıdır. Statistika göstərir ki, artıq əhalinin 54,5%-i şəhərlərdə, 45 5%-i isə kəndlərdə yaşayır, halbuki bir neçə il əvvəl bu göstərici 51-in 49-a nisbətində idi. Əhalinin artım tempində olan azalma bizi perspektivdə Cənubi Qafqazın lider dövləti statusundan da məhrum edə bilər, zira 10 milyonluq Azərbaycanın artim tempi 36 min, 2 milyonluq Ermənistanın da artım tepmpi 36 min, bu nonsensdir!

Elşən Manafov – Milli Cəbhə Partiyasının başqan muşaviri, politoloq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu