Suriyalılar inqilabın bəhrəsini almamış eyni taleyi yaşaya bilərlər – Razi Nurullayev
Bəşər Əsəd devrildi. Müxtəlif silahlı qruplar Suriyanın bir neçə əyalət, şəhər və ərazilərində liderlik iddiasındadırlar. Sonra nə var?
Bunları Sosdem.az-a açıqlamasında deyən Milli Cəbhə Partiyasınım başqanı, deputat Razi Nurullayev suriyalılar üçün narahatlığını bildirib:
“Türkiyə, ABŞ, İran, Rusiya və başqalarına xidmət edən müxtəlif silahlı və siyasi qruplar arasında üsyan necə olacaq?
“Bunlar gündəmdə üstünlük təşkil edəcək suallardır. Mən görürəm ki, üsyankar qruplar və suriyalılar 50 illik Bəşər sülaləsinin süqutunu qeyd edirlər. Mən narahatam ki, suriyalılar Liviya, Misir, Tunis və inqilabın bəhrəsini almamış digərlərinin taleyini təkrarlaya bilər. O xalqlar ki, indi avtoritar rejimlər altında əvvəlki dinc və xeyli xoşbəxt günlərini arzulayırlar”.