Xəbərlər

Suriyada Türkiyə-İsrail savaşı mümkündür – Ekspert

Suriyada İsrail Türkiyəyə qarşı hərbi əməliyyatları inkişaf etdirərsə, hərbi baza qurulmasının qarşısını almağa çalışsa, Ankara hərbi müstəvidə cavab verəcək. İsrail Suriyanın parçalanmasını və ordusunun olmamasında maraqlıdır. Türkiyə isə, bütöv və silahlı qüvvələri olan Suriyanın inkişafında maraqlıdır.

Bunu Sodem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Türkiyə İsrailin təhlükəsizliyinə təhdid ölkə deyil.

“Türkiyə ilə normal münasibətlər qura bilər. Ankara da buna etiraz etməz. Halbuki, Türkiyənin Suriyada olması və Yaxın Şərqdə geosiyasi mövqelərini gücləndirməsi İsrailin təhlükəsizliyinin təmini deməkdir. İran İsrailə qarşı proksi qüvvələrdən istifadə edə bilməyəcək. Həmçinin Ərəb ölkələri İsrailə qarşı normal siyasət ortaya qoyacaq. Amma, İsrail Baş naziri B. Netanyahu Suriyanın cənubu işğal etməklə ərazilərini genişləndirmək, bütövlükdə Fələstini tam götürərək muxtariyyəti ləğv etməyi hədəfləyir. Türkiyə isə, Fələstinin müstəqilliyini dəstəkləyir”, – ekspert əlavə edib.

Şərhçinin sözlərinə görə İran Suriyada Türkiyə və İsrail arasında hərbi toqquşmada maraqlıdır.

“Və Tehran burada İsraili dəstəkləyir. Çünki Türkiyənin Yaxın Şərqdə mövqeyini güclənməyini Tehran rejimi qəbul etmir.

İsrail ABŞ prezidenti Trampa arxayın olaraq Türkiyəyə qarşı təzyiq etməyə çalışır. Türkiyə prezidenti Ərdogan Şamda Əməvi məscidində namaz qılacağını qeyd etmişdi, ardınca, Qüdsdə namaz qılacağini vurğuladı. 60 illik BƏƏS rejimi yıxıldı, Rusiya və İran regiondan çıxarıldı. Bir ildən artıqdır ki, “Həmas”-ı kiçik bir anklavdan çıxara bilməyən İsrail ordusunun Türkiyə və Suriya ordusu ilə döyüşü sual doğurur.

İsrail Türkiyəyə qarşı problem yaradarsa, Ankara İsrailə qarşı hərbi əməliyyatlar keçirə bilər. Ərəb ölkələri Türkiyəni dəstəkləməsi mümkündür. Suriya ordusu isə İsrailə hücum edə bilər”, – siyasi şərhçi bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu