Xəbərlər

Suriyada İranın əliylə Türkiyəyə tələ… – Tural İrfan

İranla İsrail Suriyanı yenidən “Suriyaya çevirmək” istəyirlər. İsrail fürsəti fövtə verməyərək Dəməşqə doğru Colan təpələri istiqamətdən 20 km irəliləyib.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.

Onun sözlərinə görə, İran da İraqın Süleymaniyyə şəhərində PKK və PYD terrorçuları ilə danışıq apararaq Türkiyə güclərini vurmaq üçün onlara ilkin mərhələdə 1500 PUA verməyi planlanlayıb:

“Bu haqda Türkiyənin aidiyyəti qurumları məlumat aldıqdan sonra İran PKK-a kamikadzeləri hissələrə bölüb vermək qərarına gəlib.

İsrail PKK, PYD, YPG birlikləri üçün “Suriya demokratik qüvvələri” adı altında muxtar bölgə əldə etmək istəyir ki, bununla Türkiyənin başına ömürlük bəla ola bilsin. Eyni zamanda Suriyanın bütövlüyü baş tutmasın, güclənməsin və nəticədə xaotik, qeyri-sabit və zəifləmiş Suriyanın ərazilərinə hissə-hissə sahib olsun. Qonşu ərəb ölkələrinin ərazilərini o yerə kimi tutsun ki, növbə Türkiyəyə gəlsin və “vəd edilmiş torpaqlar” arzusunu reallaşdırsın.

Təbii ki, İran da buna çalışır. Qərb dövlətləri, hətta NATO üzvlərinin də iştirakı ilə toplaşıb Suriyanın taleyini müzakirə edərkən Türkiyənin orada olmaması qara niyyətlərdən xəbər verir”.

T.İrfan qeyd edib ki, Suriyada İranın əli ilə Türkiyəyə tələ qurmaq istəyirlər:

İranı PKK-a silah verməyə həvəsləndirib Türkiyə ilə gərgin qarşıdurmaya gətirməyə çalışırlar ki, hər ikisinin başı bir-birinə qarışsın. İran da bu fitvaya gedir.

Səddam Hüseyn İraqı vaxtilə neft sənayesini inikaf etdirib bölgənin ən varlı ölkəsinə çevrilmişdi. Səddamın İsrailə qarşı barışmaz mövqeyi Qərbi bərk narahat edirdi və nəhayət Fransanın vasitəsilə İranda hazırki rejim quruldu, məram da ondan ibarət oldu ki, ərəb və müsəlman ölkələrə hər vəchlə mane olmaq, birləşməyə imkan verməmək və mümkün qədər məzhəbçiliyi qabardıb onları zəiflətmək, inkişafa mene olmaq. Nəticədə İraqla İranı savaşdırdılar. İranın bu gün “sionist” deyib lənət oxuduğu İsrail o zaman İrana 3 milyard dollar həcmində silah, sursat, hərbi texnika, təyyarə hissələri satdı. Beləcə 8 ildə 1 milyon müsəlman öldü və hər iki dövlətin dizi yerə gəldi.

İsrailə güclənmək üçün real yox, İran kimi formal düşmən lazım idi. Səddam real düşmən idi. Ona görə real düşmən obrazını formal düşmən obrazı ilə əvəzləmək lazım idi. İsrailə bu ona görə lazım idi ki, İranın “təhlükəsini” əsas gətirərək silahlansın, güclənsin və İranın təhrik etdiyi proksi qüvvələrin xırda təxribatlarını bəhanə edərək qonşu ərəb ölkələrinin torpaqlarını xırda-xırda həzm etsin. Etdi də!

Beləliklə real təhlükə olan Səddam Hüseyni sıradan çıxarıb formal düşmən olan İranı saxladılar. 2001-ci ildə Amerikaya təyyarə hücumu təşkil ediləndə Buş hakimiyyəti xeyli tərəddüd etdi İrana yaxud İraqa girmək barədə. Hətta ilkin məlumatlarda mediada yayıldı ki, guya hücumu Hizbullah həyata keçirib, hətta uçuş sınağını da bir qədər əvvəl Livandakı bir binanın üzərində tətbiq edib. (Bu barədə mərhum araşdırmaçı-yazar, hərbi jurnalist Xaqani Ədəboğlu “Undulmuş Tutanın çöl çiçəkləri” əsərində faktları qeyd edib.) Buş administrasiyası ilə İsrailin danışıqları nəticəsində hədəf Hizbullah yox, Əl Qaidə göstərildi və Əfqanıstan, sonra da İraq işğal edildi. İranın o dövrki prezidenti Xatəmi və sonralar Əhmədinejad yüksək tribunalardan ABŞ-a səslənərək Əfqanıstanda və İraqda onlara dəstək verdiklərini üzlərinə vurmuşdu. İraq real təhlükə olduğu üçün onu öncə məhv etdilər. Lakin İran onların məqsədləri üçün faydalı olduğuna görə, əksinə İraqda ona imkan da yaratdılar.

İranın ərəb ölkələrindəki qüvvələri dolayı yolla İsrailə xidmət edir. Son sahaşlarda 50 min fələstinli öldürülüb. Ancaq bir İran əsgərinin burnu qanamayıb. Yaxud İranın İsrail çöllərinə atdığı “raketlər”dən burnu qanayan olmayıb.

“Mən ərəbi öyrədib sənə sapand atdıracam, sən də onu bəhanə edib əhalisini qıracaqsan, torpağını da tutacaqsan.” Bunu hələ də anlamayan var?”

Siyasi şərhçi, sonda, “Türkiyə isə real olaraq sülh və sabitlik istəyir. Suriyanın bölünməsini istəmir. Məzhəbçilik, separatizm istəmir, terrora son qoymaq istəyir”, deyə bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu