Xəbərlər

Sülh müqaviləsi mümkün deyil, çünkü… – ŞƏRH

Beynəlxalq geosiyasi vəziyyət, İran və Rusiya ilə bağlı beynəlxalq proseslər, Azərbaycanın Ermənistan və onun havadarları üzərində qələbəsi, ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra yaratdığı hərbi-siyasi reallıq, Azərbaycan və Türkiyənin nəinki regionda dünyada söz sahibinə çevrilməsi Ermənistan-Azərbaycan arsasında sülh müqaviləsinə tamamilə fərqli yanaşma tələb edir.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Eskpert qeyd edib ki, ərazilərin konkret sahəsini, sərhədləri özündə ehtiva edən sülh müqavilənin imzalanacağı inandırıcı deyil:

“Azərbaycan heç bir halda SSRİ dövründə qanunsuz olaraq Ermənistana verilmiş torpaqları Zəngəzur, Göyçə və diğər ərazilər üzərində Ermənistana legitimlik qazandıran sülh müqaviləsini imzalayan deyil. Ancaq, iki dövlət arasında iqtisadi əlaqələrin, komunikasiyanın bərpası, bir-birinə hücum etməmək kimi şərtlər daxilində sənədin imzalanması mümkündür”.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla Abu-Dabi görüşünə gəldikdə isə politoloq bildirib ki, bu hadisə Ermənistan Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə yanaşı, bütünlüklə Cənubi Qafqaz regionunun siyasi mənzərəsinə təsir edəcək proseslərə təkan verəcək:

“İlk növbədə regionun taleyinin üçüncü tərəfin iştirakı, digər təsirlər olmadan müsbət məcrada inkişafına təsir edir. Üç əsrə yaxın Cənubi Qafqazda dayanıqlı sülhün əngəli olan Rusiyanın regiondan uzaqlaşdırılması üçün, görüş çox əhəmiyyətli nəticələrə gətirə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu