Sülh danışıqlarına kim, nə mane olur? – ŞƏRH

Ukraynanın Rusiya təcavüzünə qarşı keçirdiyi son “Hörümçək toru”, ardınca da strateji obyektlərinə, aerodrom və hərbi zavodlarına uğurlu əməliyyatlarından sonra, Rusiyanın Ukraynada geniş hücum əməliyyatları, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedevin də dediyi kimi, “qisas əməliyyatıdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspertin sözlərinə görə Rusiyanın bu hücumlarla əsas hədəfi danışıqlar prosesində əlini daha da gücləndirmək, sülh müqaviləsinə məcbur etmək, və bufer zona yaratmaqdır:
“Rusiya Putinin sözçüsü Peskov, “Rusiya və Ukrayna danışıqları davam etdirməlidir”, “Rusiya ordusunun hücumu həm də bufer zonının yaradılması istiqamətində işdir” deyib. Bu iki açıqlama mahiyyətcə bir-birinə zidd mövqedir. Bir neçə həftə əvvəl isə prezident Putin, “Rusiya-Ukrayna sərhədi boyu bufer zona yaradılacaq”, demişdi.
Dmitri Peskovun açıqlaması özlüyündə Rusiyanın da vəziyyətidən çıxışının mürəkkəbliyini anladığını, qeyri-müəyyənliyini, ehtiyat etdiyini göstərir.
Rusiya və Ukrayna arasında əhəmiyyətli danışıqların mümkünsüzlüyü təbii ki, dondurulmuş müharibənin bir müddətdən sonra indiki nəticələrinin dəyişmə ehtimalının yüksək olmasıdır. Həm Ukrayna və həm də Rusiya atəşkəs istəyir, Ukrayna qeyri-şərtsiz atəşkəs və danışıqlar, Rusiya isə atəşkəs və sülh müqaviləsini paralel imzalamaq niyyətindədir”.

Politoloq bildirib ki, atəşkəs məsələsinə həm Ukraynanın və həm də Rusiyanın ehtiyatla yanaşması “Qarabağ” nümunəsidir:
“Ükrayna atəşkəslə ümud edir ki, danışıqlar prosesində öz hərbi imkanlarını genişləndirəcək, güclənib torpaqlarını Azərbaycan kimi, işğaldan azad edəcək. Rusiya isə ehtiyat edir ki, sülh müqaviləsi imzalanmasa Ukrayna müharibəyə hazırlaşıb bir müddətdən sonra torpaqlarını azad edə bilər. Hər iki halda Azərbaycan-Qarabağ nümunəsi hər iki tərəfin bir-birinə olduqca ehtiyatlı davranmasını şərtləndirir.
Ukrayna sülh müqaviləsi imzalaya bilməz ki, Rusiya işğal etdiyi torpaqlar üzərində suverenlik qazansın. Rusiya Ukrayna ilə qeyri-şərtsiz atəşkəsə, danışıqlara gedə bilmir ki, işğal etdiyi torpaqlar üzərində legitimliyi yoxdur və hər zaman Kiyev torpaqlarını azad edə bilər”.
Şərhçi qeyd edib ki, Ukrayna xalqının fədakarlığı və Kiyevin güclənməsi, Avropanın Ukraynaya dəstəyi, Trampın Moskvaya münasibətinin dəyişməsi, Rusiyanın daxildən vurulması Putini Ukrayna ilə danışıqlara məcbur edib:
Vəziyyət Putin hakimiyyətinə təhlükələr yaradıb. Ancaq, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi:
“İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır”.