Xəbərlər

Subyektiv, xurafi yanaşmalar cəmiyyəti parçalayır… – Dinşünas

“Dinin fərdlərin subyektiv mülahizələrinə və şəxsi interpretasiyalarına buraxılması cəmiyyətdə ciddi ideoloji ziddiyyətlərə, yeni təriqətlərin yaranmasına və mövhumatın güclənməsinə yol açır; ictimai harmoniyanın qorunması üçün dini məsələlərdə elmi və akademik əsaslara söykənən sistemli yanaşma və maarifləndirmə vacibdir”.

Bu barədə cəmiyyətdə fərdi “din obrazları” formalaşdırılmasının pərdəarxası fəsadlarını, xurafat meyllərini və sosial parçalanma risklərini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan bildirib.

“Hər Kəsin Özünə Uyğun ‘Din Obrazı’ Yaratması Təriqətləşməyə Zəmin Yaradır”

İlahiyyatçı dinin fərdi istəklərə görə manipulyasiya edilməsinin ictimai sabitliyə vurduğu zərbələri diqqətə çatdırıb:

“Dinin fərdlərin subyektiv mülahizələrinə və şəxsi yozumlarına buraxılması düzgün yanaşma deyil və bu, cəmiyyətdə ciddi ideoloji ziddiyyətlərə səbəb ola bilər. Hər kəsin özünə uyğun ‘din obrazı’ formalaşdırması nəticəsində müxtəlif və bir-birinə zidd inanc anlayışları ortaya çıxır ki, bu da sonradan çoxsaylı məzhəb, təriqət və cərəyanların yaranmasına zəmin yaradır. Elmi və akademik əsaslara söykənməyən, subyektiv və bəzən xurafi yanaşmalar dini islahat və ya inkişaf deyil, əksinə, cəmiyyət daxilində parçalanmanı dərinləşdirir”.

“Subyektiv Yozumlar Dinin Mahiyyətini Deyil, Yanlış İnterpretasiyasını Artırır”

MCP rəsmisi elmi əsası olmayan yanaşmaların cəmiyyəti mənəvi tənəzzülə və mövhumata sürüklədiyini vurğulayıb:

“Belə yanaşmalar dinin mahiyyətini zəiflətmir, lakin onun yanlış interpretasiyasına gətirib çıxarır və nəticədə mövhumatın güclənməsinə şərait yaradır. Dini məsələlərdə daha sistemli, elmi və əsaslandırılmış yanaşma vacibdir. Fərdi yozumların həddən artıq genişlənməsi ictimai harmoniyaya mənfi təsir göstərə bilər və cəmiyyətdə ideoloji parçalanmanı artırar. Dini dəyərlərin qorunması və düzgün anlaşılması üçün maarifləndirmə və elmi yanaşmanın gücləndirilməsi vacib istiqamətlərdən biridir”.

Bir cavab yazın

Back to top button