Xəbərlər

Sovet hakimiyyəti Krımı Ukraynaya, Zəngəzuru Ermənistana verdi – ŞƏRH

Gözlənildiyi kimi, Ukrayna Xarici işlər Nazirçiyi rəsmi bəyanatı ilə ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna arasında sülh təklifini qəti rədd etdi. Trampın sülh təklifinin əsas mahiyyəti Kremlin Ukraynadan 2014-cü ildə ilhaq etdiyi Krımın Rusiya ərazisi kimi tanınması, digər işğal olunmuş ərazilərin status-kvo formasında saxlanılması, yəni müharibənin dondurulmasından ibarətdir.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, sisyasi şərçi Vüqar Dadaşov deyib.

Ekspertin sözlərinə görə əsaslı səbəblərdən Rusiyanın da, Ukraynanın da Trampın sülh təklifini qəbul etməyəcəyi öncədən məlum idi.

“Trampın tərəflər arasında tələsik sülhə, atəşkəsə nail olmaq istəyi həm də Ukrayna və Rusiyanın bir başa danışıqlarından ehtiyat etməsidir. Hansı ki, bir neçə gün əvvəl həm Putin və həm də Zelenski birbaşa danışıqların mümkünlüyünü bildiriblər.

Vasitəçilərin kim, danışıqların necə aparılmasından asılı olmayaraq Rusiya-Ukrayna arasında dayanıqlı sülh mümkün deyil. Ətəşkəs əldə edilsə belə, zaman-zaman müharibə davam edəcək. Tərəflər arasında daimi müharibə, düşmənçilik ABŞ-nin strateji hədəfi və qələbəsidir. Ancaq bu da faktdır ki, Rusiyanın sürükləndiyi Ukrayna müharibəsi dövlətçiliyi üçün real təhlükəyə çevrilib.

Krım məsələsinə gəlincə politoloq qeyd edib ki, Rusiya imperiyası 1783-cü ildə Osmanlı imperiyası ilə sıx bağlı olan Krım xanlığını işğal etmiş və Krım 1954-cü ilə qədər Sovet Rusiyasının tərkibində olub. 19 fevral1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, əslən Ukraynadan olan Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti SSRİ tərkibində olan Rusiya hökümətinin razılığı olmadan Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. Hələ o dövrdə belə rus millətçiləri, elm adamları Krımın Ukrayna verilməsinə etiraz edib. Müasir dövrümüzdə Rusiya siyasi elitası, o cümlədən prezident Putin bunu rus xalqının iradəsinə zidd və Xuruşovun ruslara xəyanəti adlandırıb”, – şərhçi deyib.

Poitoloq Zəngəzur məsələsinə də toxunub.

“Zəngəzura gəldikdə isə, 1920-ci ildə Paris sülh konfransında 9 min kv.km ərazi ilə tanınan Ermənistan SSRİ tərkibinə daxil olandan sonra, ancaq Azərbaycan torpaqları hesabına 29 min kv.km qədər ərazisi artıb. 10 iyun 1920-ci il tarixdə RSFSR-lə Ermənistanı arasındakı bağlanmış hərbi-siyasi müqavilənin 3-cü maddəsində məxsusi yazılmışdı: «Rusiya hökuməti İrəvan quberniyasının, Zəngəzur qəzasının Ermənistan SSR ərazisinin tərkibinə daxil olmasını mübahisəsiz tanıyır». Nəinki Zəngəzur, Ermənistana verilmiş bütün digər Azərbaycan torpaqları Azərbaycan hökümətinin razılığı olmadan Rusiya tərəfindən Ermənistana verilib. Azərbaycan prezidenti İlham Əliyev Zəngəzurun Ermənistana verilməsini Sovet hakimiyyətinun Azərbaycana qarşı növbəti düşmənçiliyi və ədalətsizliyi adlandırıb.

Əgər, Rusiya onun razılığı olmadan Krımın Sovet hakimiyyəti tərəfindən Ukraynaya verilməsini qanunsuz və xəyanət adlandırırsa, Azərbaycan torpaqlarının o cümlədən Zəngəzurun Azərbaycan hökümətinin razılığı olmadan Sovet hakimiyyəti tərəfindən Ermənistana verilməsi qanunsuz və ədalətsizlik deyilmi?! Rusiyanın Krımın ilhaq edib geri qaytarılması tarixi ədalətin bərpası adlandırmaq olar?! Artıq ABŞ da daxil olmaqla bir çox ölkə Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

Beynəlxalq siyasi və hərbi konyunktura, beynəlxalq hüquq kimi tanıdığımız anlayışlara yeni “traxtovka” tələb edir. Xüsusən də, Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa etdikdən sonra, beynəlxalq suverenlik prinsiplərinə öz milli maraqları prizmasından yanaşması yeni dünya düzənin tələbinə çevrilir. Riyakarlıq kimi görünsə də, müəyyən şərtlər daxilində Krımın Rusiya ərazisi kimi tanınması həm də, Zəngəzurla bağlı Azərbaycan üçün presedent ola bilər. Şimali Kipr Türk Respublikasının tanınması da yeni dünya düzəninə uyğun gəlir”, – siyasi ekspert bildirib.

“Yerəvanın Bakıyla tələsik sülh müqaviləsi istəyi də məhz, Sovet Rusiyasının qanunsuz olaraq Ermənistana verdiyi Zəngəzur da daxil olmaqla Azərbaycan torpaqları üzərində legitimlik-suverenlik hüququ qazanmaq niyyətidir”, deyən politoloq, “ancaq Bakı-Yerəvan arasında imzalanacaq müqavilənin formasından asılı olmayaraq, Ermənistana Azərbaycanın tarixi torpaqları üzərində legitimlik hüququnun verilməsi mümkünsüzdür”, deyə vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu