Xəbərlər

Sosial-demokratlar nə istəyir? – Sosial rifah, xoşbəxt vətəndaş

Azərbaycanda xalqin inkişaf səviyyəsi və əzmkarlığı, siyasi dəyərləri mudafiə etmək gucu, siyasi mədəniyyətin aşağı səviyyədə olmasi, nəhayət demokratik ənənələrin məqbul durumda olmaması siyasi rəqabətin olduğu guclu siyasi sistemin qurulmasını ləngidir.

Regiondakı geosiyasi vəziyyət uzun muddət iqtidara ölkədə siyasi sistemin təkmilləşdirilməsi, cəmiyyətdə demokratik təsisatlarin fəaliyyətinin genişləndirilməsi üçün islahatlar kursunun həyata keçirilməsinə mane olduğundan ölkədə iqtidar və muxalifət arasindaki munasibətləri demokratik də yərlərə nəzərən qurmaq və inkişaf etdirmək mumkun olmamışdır. Regionda əlverişli geosiyasi durumun olmadiği şəraitdə iqtidarin islahatlar kursu siyasi mədəniyyət və duşuncə tərzinin cəmiyyətdə özunə kifayət qədər yer etmədiyi şəra itdə ölkə uçun xarici faktorlarin mudaxiləsi ilə arzu olunmaz nəticələr doğurabilərdi. İqtidar uzun muddətbu amilə görə siyasi islahatlar kursunun həyata keçirilməsinə ölkənin milli təhkukəsizlik maraqlari konteksindən yanaşaraq ehtiyatli mövqe sərgilıməli olmuşdu, zira iqtidar islahatlarin ölkəyə kənar mudaxilələrə və vətəndaş qarşidurmasinayol açacağindan ehtiyat etmişdir.

Azərbaycanin işğal altinda olan torpaqlari azad etməsi dövlətin ərazi butövluyunun təmin edilməsi təmsil olunduğumuz regionda geosiyasi konfiqurasiyani əhəmiyyətli şəkildə dəyişdiyindən iqtidarin yaxın perspektivdə əməli siyasi islahatlara da gedəcəyi birmənalıdır. Bu islahatlar siyasi partiyaların ölkənin ictimai siyasi həyatında rolu və imkanlarını, ölkənin gələcəyinin muəyyənləşdirilməsi, onun demokratik istiqamətdə inkişafının surətlənməsində siyasi partiyaların rolunu artıracaq.

Ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkiləri göstərdi ki, ölkə muxalifətini təmsil edən siyasi partiyalar arasında cəmiyyətin problemlərinə ənənəvi muxalifətdən fərqli olaraq innovativ baxışı və müasir idarəetmənin prinsiplərinə söykənən partiyalardan biri millət vəkili, ölkədə keçirilən sonuncu prezident seçkilərində prezidentliyə namizəd Razi Nurullayevin rəhbərlik etdiyi Milli Cəbhə Partiyasıdır. Bu partiyanin ölkədə keçirilən növbədən kənar prezident seçkilərinə Sosial demokratiya ideologiyasinin məfkurə dəyərləri ilə qatilmasi seçkilərdə rəqabətin ideoloji konsepsiya uzərində aparılacağı ilə bağlı məqamlara işarə etməklə bu seçkilərin özəlliyini təmin etmiş oldu. Milli Cəbhə Partiyasinin sosial demokratiyaya muraciət etməsi ölkənin social-iqtisadi realliqları, cəmiyyətdə bəlli səbəblərə görə hələ də hökm surən huquqi nihilizm, siyasi mədəniyyətin demokratik cəmiyyətə xas olmayacaq durumundan irəli gəldi.

Azərbaycanlılara indiyə qədər zorən calaşdırılmış siyasi təlimlərin heç biri, nə kommunizm, nə millətçilik, nə də ifrat liberalizm həyatin sınağından keçməmiş, özunu doğrultmamışdır. Milli Cəbhə Partiyasi muasir dunyanin qabaqcil və firavan ölkələrinin hamısında sosial demokratiyanın siyasi sistemlərin ən mühüm tərkib hissəsi olması amilindən çıxış edərək, ölkəyə son məqsədi xoşbəxt insan olacaq islahatlar proqramını təqdim edir və sosial rifah dövlətinin qurulması uğrunda mucadiləmizdə bizlərlə eyni sıralarda addımlamağı sizlərə təklif edirik.

Biz sosial demokratların nə istədiklərini çatdırmaq və bu arzuların realizə olunması üçün islahatlar paketini təqdim edəcəyik.

Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manafov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu