Son hadisələrdə “20 Yanvar”, “Xocalı” dəsti-xətti – Ekspert

Xalqlar arasında nifrət yaradaraq onu ideologiyaya çevirən Rus Pravoslav Kilsəsi dini dəyərləri, müqəddəs ənənələri ayaqlayır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas, siyasi şərhçi Tural İrfan deyib.
Ekspert bildirib ki, Ermənistanda kilsəni hakimiyyətin üstünə qaldırıb Azərbaycanla sülhə mane olmağa çalışan qüvvə də şimal qonşumuzdur.
“Eyni dinin, eyni etnik kökün, eyni mədəniyyətin ortaq daşıyıcıları olan məzlum Ukrayna xalqına qarşı törədilən insanlıq cinayətinə fitva verən Rus Pravoslav Kilsəsinin bu günki təmsilçiləri tarixdə lənətlərlə xatırlanacaq. Kilsə humanizmi, sülhü təmsil etməlidir, qanı və vəhşəti deyil.
Yekaterinburqda soydaşlarımıza qarşı analoqu olmayan cinayətin rəsmi dövlət orqanı tərəfindən törədilməsi insanlığa sığmayan mənfur faciədir. 20 Yanvar, Xocalı dəsti-xətti açıq görünür bu qəddarlıqda. Kilsənin bu qana hökm verməsi, şovinizmi, qəddarlığı alqışalması qəbuledilməzdir”, – şərhçi deyib.
