Sizi seçməyib kimi seçəcəyik? – Seçici Razi Nurullayev haqqında
Milli Cəbhə Partiyasının başqanı, 81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşləri davam edir.
Deputatlıq dövründı olduğu kimi, təbliğat-təşviqat kampaniyası çərçivəsində də rayonu küçə-küçə, kənd-kənd, ev-ev gəzən namizəd hər yerdə xüsusi rəğbət, hörmətlə qarşılanır. İmişli sakinləri görüşlər zamanı Razi Nurullayevin deputatlıq dövründəki fəaliyyətini yüksək dəyərləndirirlər.
Belə görüşlərin birində gənc bir İmişli sakini Razi Nurullayevin fəaliyyəti haqqında fikirlərini bölüşüb:
O bildirib ki, İnsanlarda belə bir şübhə yarana bilər, Razi müəllimə və ya hər hansı bir vəzifəli şəxsə bildirilən şikayətlər, yazılan məktublar qeydiyyata alınırmı, aidiyyəti üzrə çatdırılırmı?:
“Mən camaatımıza deyirəm, yeganə deputatdır ki, sosial müdafiə naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı dedi ki, Razi Nurullayev tərəfindən ona nə qədər məktublar göndərilib. Yeganə deputat olaraq Razi müəllimin adı qeyd edildi.
Adamlarda bəlkə də tərəddüdlər yarana bilər ki, görən bizim problemlərə hansı formada yanaşılır? Razi Nurullayev hər zaman məsuliyyətlə yanaşır, müraciətləri aidiyyəti üzrə yönəldir, özü şəxsən problemlərin həlli üçün canla-başla çalışır.
Allahdan mən sizə can sağlığı arzulayıram. Biz sizi seçməyib kimi seçəcəyik ki? Mən Azərbaycanın çox yerlərində oluram, tək İmişlidə deyil, Azərbaycanın hər yerındə sizə qarşı sevgi var və hər yerdə insanlar istəyir ki, sizin kimi deputatı olsun. Biz də bir el-oba kimi sizin arxanızdayıq”.