Xəbərlər

Siyasi partiyaların seçkilərdə iştirakı mutləq və zəruridir – Başqan müşaviri

Vll çağırış Azərbaycan parlamentinə keçirələcək seçkilərin əvvəlki dövrlərlə muqayisədə fərqli realliqlar şəraitində keçiriləcəyi birmənalıdır.

Bunu Milli Cəbhə Partiyasının başqan müşaviri, politoloq Elşən Manaflı deyib.

O, bildirib ki, Azərbaycan özunun dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, seçkilər istisnasız olaraq bütün Azərbaycan ərazisində keçiriləcək:

“Bu isə nümayəndəli demokratiya institutu sayılan parlamentarizmin Azərbaycanin bütün bölgələrinə sirayət edərək bu bölgələrdə yaşayan vətəndaşlarinin da gerçək mənada parlamentdə təmsilçilik huququnun nəhayət ki, bərqərar olmasinda hüquqi əhəmiyyət kəsb edəcək faktordur.

İşgaldan azad olunmuş bölgələrin Azərbaycan dövləti və cəmiyyətinə qisa zamanda ugurlu inteqrasiyasi ilə bağli ölkə başçısının islahatlar kursuna yeni dövrün innovativ ehtiyaclarından irəli gələcək tələblərə parlament səviyyəsində olacaq dəstək yeni parlamentin qarşısında duran ən məsul vəzifələrdən biri olacaq.

Yeni parlament qalib liderlə, qalib xalqın vəhdətindən irəli gələn tələblərin ölkə qanunvericiliyinə transferini təmin etməlidir. Ən yeni tariximizdə dövlətçiliyin qarşısında duran huquqi, siyasi hədəflərin müəyyən olunmasında, dövlətin beynəlxalq birliyə uğurlu inteqrasiyasının davam etdirilməsində, sosial, iqtisadi yönümlü problemlərin parlamentarizm müstəvisi üzərində çözulməsində yeni parlamentin qarşısında çətin və məsul vəzifələr durur. Bütün bunlar yeni parlamentin formalaşdırılması ilə bağli məsələlərə çagdaş dovrümüzün realliqları baxımından yanaşmanı zəruri və qaçılmaz edir.

Azərbaycan prezidentinin siyasi iradəsi ilə post muharibə dövrundə ölkənin icra strukturlarında həyata keçirilən kadr islahatlarından sonra islahatların həyata keçirilməsində əyləc mexanizmləri rolunda çıxış edən hakimiyyətin mühafizəkar qanadının təmsilçiləri siyasi hakimiyyətdən uzaqlaşdırılmiş, onların dövlət idarəediciliyinin muxtəlif sahələrinə olan təsir imkanları əhəmiyyətli şəkildə məhdudlaşdırılmışdır. Hakimiyyətin icra strukturlarinda aparılan kadr islahatları dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi zərurətindən irəli gəlmiş, yerlərdə dövlət başçısının umidlərini doğrultmayan, vətəndaşların hakimiyyətə olan inam və etibarını qıran, onların qanunvericiliklə təsbit olunmuş huquqlarına qanunvericiliyin tələblərindən kənarda mövqe sərgiləyən məmurların işdən kənarlaşdırılması ilə nəticələnmişdir”.

Başqam müavini qeyd edib ki, Azərbaycan parlamentinə yeni seçkilər bu mənada prezidentin məmur özbaşinalığına qarşı apardığı mübarizəyə parlamentarizm səviyyəsində dövlət siyasətinə xalqin dəstəyinin təsdiqlənməsi zərurətindən irəli gəlir:

“Bunu, seçkilərdə qanun pozuntularına qarşı hakimiyyət rəsmilərinin seçkilərin keçirilməsinə məsul olan qurumlara xəbərdarlıqları da sübut edir. Bununla baglı prezidentin köməkçisi Zeynal Nağdəliyevin, habelə Mərkəzi Seçki Komissiyasinin sədri Məzahir Pənahovun seçki dairlərinin rəhbərləri ilə keçirdikləri göruşlərdə etdikləri xəbərdarliqları xatırlatmaq yerinə duşər. Bu xəbərdarlıqlar isə ilk növbədə prezidentin seçkilərlə bagli siyasi iradəsindən irəli gəlir.

Ölkə başçısının tələbi ilk növbədə cəmiyyətin qələbə ruhunu zədələyə biləcək addımların atılmasından çəkinmək, xalqın seçimi və siyasi iradəsinə qanunvericiliyin tələblərindən çixiş edərək onlarin gözlənilməsi tələblərindən irəli gəlir.

Yeni dövrün reallıqlarından çıxış edərək qanunvericilik proseslərinin nizamı sağlam siyasi rəqabətin gözlənilməsi tələblərindən irəli gəldiyindən siyasi partiyaların seçkilərdə iştirakı mutləq və zəruridir.

Prezidentin yeniləşmə ilə bagli çağırışlarına
nəzərən formalaşacaq parlament ölkənin qazancı ola biləcəyindən Milli Cəbhə Partiyası da seçkilərə qatılmaqla bağlı qərarını verib. Partiya öz rəhbəri, millət vəkili Razi Nurullayev başda olmaqla təxminən 45 dairədən seçkilərə qatılmaqla bağlı qərar qəbul edib.

Seçki qərərgahı yaradılıb və uğurla işini davam etdirir. Partiyanin ilk hədəfi parlamentdə təmsil olunmaq, növbəti hədəf isə, parlament təmsilçiliyində say heyətinin artımına nail olmaqdır. Parlament heyətinin tərkibində baş verə biləcək dəyişikliklər partiyanın seçkilərlə bağlı hədəflərinin reallaşdıra biləcəyinə umidlərini artırır”.

Politoloq bildirib ki, Parlamentin tərkibində ehtimal edilən dəyişikliklər isə, həm korporativ, həm də dövlət maraqlarl baxımından anlaşılandır, hərçənd dəyişikliklərin sifarişçisi rolunda çıxış edəcək əsas faktor əlahəzrət xalqin özu, onun istəyi və iradəsidir:

“Sosial demokratik düşüncənin daşıyıcısı olaraq seçkilərdə iştirak etmək istəyimiz, əlbəttə ilk növbədə sosial demokratiyanın məfkurə dəyərlərinin parlament idarəediciliyinə nüfuzuna nail olmaq, ölkənin sosial, iqtisadi problemlərinin həllinə qanunverici orqanın səlahiyyətləri çərçivəsində töhfə vermək istəynidən irəli gəlir. Əhalinin sosial müdafiəsi, təhsil və səhiyyə sahəsində həllini gözləyən problərin həllinə dəstək, sağlam ətraf muhit və sağlam qidalanma parlament müstəvisində əməli fəaliyyətimizdə bizlər üçün sosial demokrat olaraq prioritet istiqamətlər kimi qalacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu