Xəbərlər

SEPAH Zəngəzur dəhlizinə qarşı..? – Ekspert

Hakimiyyətdə qalmasını özünün qalibiyyəti hesab edən SEPAH, qonşu ölkələrə qarşı yenidən təhdidlərlə danışır...

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Bəhreyni işğalla hədələyən rejimin sözçüləri bu gün Zəngəzur dəhlizini və Türk birliyini hədəfə alırlar:

“Rejimin mahiyyəti budur. Qonşularla normal münasibətlər sistemi qurmağa deyil, yalnız təzyiq yolu ilə öz mövqelərini diktə etməyə çalışırlar. Qırx gün ərzində liderlərini itirdilər, hərbi infrastrukturu sıradan çıxarıldı, hərbi donanması yox olmaqla üz-üzədir, ölkə “olum, ya ölüm” dilemması qarşısındadır, lakin rejim yenə də təhdid yolunu seçir”.

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizi regional iqtisadi və nəqliyyat əməkdaşlığıdır:

“Regionda sülhə xidmət edir. İranın Zəngəzur dəhlizinə mane olmağa çalışması yeni böhrana yol aça bilər. Öz ərəb qonşuları tərəfindən hərbi zərbələrə məruz qalan İranın şimal qonşuları ilə körpüləri yandırması əleyhinə işləyər”.

Şərhçinin sözlərinə görə, SEPAH İsrailin yolunu gedir:

“Bu gün İsrail bütün qonşuları ilə düşmən münasibətindədir. Hər bir qonşusunu təhdid edir. Görünür, SEPAH İsrailin həyata keçirdiyi xətti tətbiq etməyə başlayıb”.

Bir cavab yazın

Back to top button