Xəbərlər

Şagirdlərə telefon qadağan edilməlidir? – Ekspert

Orta məktəb şagirdlərinin telefondan istifadə etməsi müəyyən mənada zəruri ola bilər. Amma ibtidai siniflərdə uşaqların məktəbə telefon gətirməsi demək olar ki, təhsil məsələsinə ziyan vurur.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının eksperti Sədaqət Əliyeva deyib.

MCP üzvü məsələylə bağlı təklif irəli sürüb:

“Şagirdlər telefonlarına Müxtəlif oyunlar yükləyib dərsə diqqətsiz yanaşırlar. Yaxşı olar ki, ümumiyyətlə orta məktəb şagirdlərinə məktəbə telefon gətirmək qadağan olunmasa da məktəbin girişində təhvil alınsın. Çıxarkən təqdim olunsun. Dərsə, tədrisə maneə yaradan hər şey aradan qalxmalıdır. Valideynlərə də təbliğ olunmalıdır ki, övladlarına diqqət etsinlər, telefondan sui-istifadə etməsinlər. Statistika göstərir ki, ali məktəbə hazırlaşan şahidlər arasında ən yüksək bal toplayanların çoxu ya telefon işlətmənlər ya da məhdud işlədənlərdir.

Bir sözlə telefon uşaqların səhhətinə və təlim tərbiyəsinə və təhsilinə çox böyük zərər vurur. Bununla bağlı mütləq valideynlər düşünməlidir. Məktəblərdə də ciddi maarifləndirmə olmalıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu