Xəbərlər

Sənədsiz evlərə amnistiya… – Razi Nurullayev

İmişlidə evlərin qeydiyyat vərəqinin alınması ilə bağlı ciddi problemlər var.

Bunu Milli Cəbhə Partiyasının başqanı Razi nurullayev İmişli sakinləriylə görüş zamanı deyib.

R. Nurullayev bildirib ki, ümumiyyətlə bu vəziyyət tək İmişli üçün deyil, eyni zamanda bütün Azərbaycan üçün xarakterikdir:

“500 minə yaxın sənədsiz ev var. Cənab Prezidentin bu məsələ ilə bağlı Sərəncamı, tapşırığı olub. Yəqin ki, zamanla bu problem həll olunacaq. Amma hazırda ümumiyyətlə Azərbaycanın bütün bölgələrində insanların sənədləri ya yarımçıqdır, ya da ümumiyyətlə yoxdur. Ya evinin sənədi var, torpağğ sənədsizdir, ya torpağının sənədi var, evinin sənədi yoxdur. Bu, ciddi problemdir və bu problem səbəbindən insanlar evlərinə işıq, su, qaz çəkdirə bilmir, evini girov qoyub bankdan kredit götürə bilmir. Ümumiyyətlə vətəndaş öz əmlakını öz xeyirləri üçün istifadə edə bilmir”.

MCP başqanı qeyd edib ki, insanların sosial vəziyyətləri, qazancları o dərəcədə deyil ki, bu problemi özləri həll edə bilsinsinlər:

“Onlar bəlkə hələ bundan 20-30 il sonra da bu problemi həll edə bilməyəcəklər. İmislidə bu məsələni uzaq başı 15 faiz insan edə bilər. Yenə də 80-85 faiz insan 5 yüz manatdan başlayaraq, bəzən 5 min manata qədər olan o məbləği ödəyə bilməyəcək. Onun üçün də burda bir aministiya olmalıdır və o sənədlər vətəndaşlara pulsuz verilməlidir ki, problemləri həll olunsun. Bununla bağlı məndən asılı nə varsa edəcəm”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu