Xəbərlər
Şəhidin azyaşlı qızı vəfat edib

Vətən müharibəsi Şəhidi polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli vəfat edib.
Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlərin bütün səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir müddət öncə Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev və partiyanın başqan müavini Ehtiram Mehtiyev şəhid qızını evlərində ziyarət etmişdilər.
Səlbi balamızın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
