Xəbərlər

Sərhədlərin açılması mümkündür… – Deputat

Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycanla sərhədin açılacağına inandığını bildirib.

“Prinsiplər bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etmək üçün çox konkretdir. Biz bu prinsiplərə əsaslanacağıq. Sərhədləri açacağıq”, – Xaçatryan deyib

Bu il Ermənistanla sərhədlər açıla bilərmi?

Sosdem.az xəbər verir ki, Globalinfo.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib ki, Vaaqn Xaçatryanın sərhədlərin açılması ilə bağlı səsləndirdiyi fikirlər prinsip etibarilə müsbət mesajdır:

“Azərbaycan hər zaman regionda davamlı sülhün, əməkdaşlığın və normal qonşuluq münasibətlərinin tərəfdarı olub. Lakin sərhədlərin açılması yalnız siyasi bəyanatlarla deyil, konkret hüquqi və təhlükəsizlik addımları ilə mümkün ola bilər. Öncə iki ölkə arasında tamhüquqlu sülh sazişi imzalanmalı, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik prinsipləri hüquqi sənədlərdə təsbit olunmalıdır”.

Deputat bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi tamamlanmalıdır:

“Eyni zamanda nəqliyyat-kommunikasiya xətləri, xüsusilə Zəngəzur istiqamətində əlaqələr maneəsiz və təhlükəsiz şəkildə işləməlidir. Rəsmi Bakı konstruktiv mövqeyini dəfələrlə nümayiş etdirib. Əgər İrəvan da real addımlar atarsa və etimad mühiti formalaşarsa, sərhədlərin mərhələli şəkildə açılması gələcəkdə mümkündür. Ancaq təhlükəsizlik və dövlət maraqları hər zaman prioritet olaraq qalacaq”.

Bir cavab yazın

Back to top button