Xəbərlər

“Rusiyanın Ukraynada qələbəsi mümkün görünmür” – Ekspert

Rusiya prezidenti V. Putin Ukraynaya ikitərəfli danışıqlar təklifini irəli sürüb. Rusiya tərəfi Ukraynanın cəbhə xəttində güclənməsi, Avropa ölkələrinin vahid mövqeyi Kremli buna sövq edir.

Sosdem.az xəbər verir ki, bunu Xalqcebhesi.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ikitərəfli danışıqlar Ukrayna üçün arzuolunan deyil.

“İkitərəfli danışıqların ən uğurlu format kimi Azərbaycanla-Ermənistan arasında müsbət istiqamətdə irəliləyişlər əldə olunduğundan, Putinin də bu təcrübədən istifadə etməyi istisna deyil.

Görünür, Putin Azərbaycanla Ermənistan arasında təcrübədən istifadə edərək, ikitərəfli danışıqlarda Kiyevlə anlaşmaq istəyir”, – şərhçi bildirib.

Politoloq qeyd edib ki, Rusiya bununla Zeleskinin legitimliyini tanıdığını qəbul edib.

“Çünki, Putin Ukraynada Ali Radanin danışıqlarda legitimliyini olduğunu vurğulamışdı. Qeyd edim ki, ABŞ, Rusiyanın danışıqlarda 30 günlük atəşkəsə getmədiyi üçün Ukraynaya silah və kəşfiyyat məlumatlarını artırıb. Qərb Rusiyaya təzyiqləri artırır. Avropa qoşunlarının Ukraynaya yeridilməsi gündəmdədir. Tramp da buna razıdır. Rusiyanın Ukraynada qalib gəlməsi mümkün görünmür”, – ekspert əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu