Xəbərlər

Rusiyanın Azərbaycana hərbi müdaxiləsi… – ŞƏRH

Rusiya ilə Azərbaycan arasında mövcud gərgin münasibətlər dərinləşməkdə davam edir. Əlbəttə ki, iki ölkə arasında münasibətlərin daha da pisləşməsinin səbəbi Rusiyanın Qroznıda Azərbaycanın sərnişin təyyarəsini vurması və sonrakı proseslərlə bağlı davranışlarıdır.

Sosdem.az xəbər verir ki, Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, Preziden İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı və Rusiya ilə bağlı açıqlamaları Azərbaycanın müstəqil siyasi iradəsinin, hərbi gücünün, geniş diplomatik imkanlarının nümayişi kimi Rusiyanın postsovet ərazisində nüfuzuna böyük zərbədir:

“Məlumdur ki, Şuşa Forumundan sonra rəsmi Rusiya Azərbaycana qarşı təzyiq və təhdidləri daha da artırıb. Hətta rəsmi Kreml III Şuşa Qlobal Forumunda iştirak edən jurnalistlərə qarşı təhdid və təzyiqlərə start verib. Məsələ ilə bağlı Şuşa Qlobal Forumu bəyanat da yayımlayıb.

Bu günlərdə İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimlərə başlayıb. İran tərəfindən Azərbaycana qarşı barışmaz, düşmən mövqeyi ilə seçilən SEPAH qüvvələri təlimdə iştirak etsələr də, bəzi mütəxəssislərin fikrincə, Xəzər dənizindəki birgə hərbi təlimlər məhz Rusiyanın Azərbaycana qarşı güc və təhdid mesajıdır”.

Şərhçi vurğulayıb ki, Rusiyanın Azərbaycana qarşı hərbi müdaxilə imkanları məhdud və mümkünsüzdür:

“Əvvəla, Rusiya maraqlı deyil ki, yeni bir cəbhədə gücünü parçalasın. Həm də Rusiya, özünü döyüş meydanında təsdiq etmiş Azərbaycan kimi güclü ordu üz-üzə gəlmək istəməz. Ən əsası isə Azərbaycana qarşı hər hansı bir hərbi müdaxilə Türkiyənin müharibəyə qarışması, yəni nəticədə bütünlüklə NATO ilə müharibə deməkdir.

Bu sırada İsrailin, Pakistanın da olması şübhəsizdir. Moskvanın Azərbaycana müdaxiləsi bütünlüklə Qafqazın itirilməsi ilə yanaşı Rusiyanın Şimali Qafqazda da yeni müharibələrə cəlb edilməsi istisna deyi. Əsas şərtlərdən də Rusiyanın beynəlxalq sanksiyalar fonunda Türkiyə ilə münasibətlərə ehtiyacıdır. Kreml heç bir halda Azərbaycanla münasibətləri geriyədönməz vəziyyətə çatdıran deyil.

Yeri gəlmişkən, İranın 2000-ci illərdə Azərbaycana qarşı həm havada, həm də dənizdə təhdid və təxribatlarına qardaş Türkiyənin adekvat hərbi nümayişləri qarşısını almışdır”.

“Rusiya-Azərbaycan arasında dərinləşən gərginlik fonunda ABŞ Prezidenti Donald Trampın Truth Social platformasında 21 iyul 2025 tarixində İlham Əliyevin Şuşa Forumundakı çıxışını paylaşması siyasi-diplomatik və hərbi konteksli mesaj kimi hesab oluna bilər”, deyən başqan müavini, “Trampın şəxsi xüsusiyyətləri nəzərə alsaq, onun Azərbaycan Prezidentinə özəl diqqət və simpatiyası da şərtdir”, deyə əlavə edib:

“Bu, həm də onun dünya liderləri arasında ciddi siyasi fiqur kimi nüfuzuna işarədir. Trampın bu paylaşımı keçmiş respublikaçılar – Bayden administrasiyasının Azərbaycana qarşı yanlış siyasətinə işarə də ola bilər.

Zənnimcə, paylaşıma həm də Cənubi Qafqaz kontekstindən baxılmalıdır, o mənada ki, Azərbaycan Cənubi Qafqazın açar dövləti və söz sahibi kimi qəbul edilir.

Bir məqamı da nəzərdən qaçırmaq olmaz. İlham Əliyevin Şuşa Forumunda beynəlxalq media strukturlarının məsuliyyəti barədə açıqlamasını və “doğru danışmaq, obyektiv olmaq, beynəlxalq hüququ əsas götürmək” tələbini informasiya nəhənglərinin Trampa qarşı ədalətsizliyinə, kampaniyasına bir etiraz kimi dəyərləndirmək olar”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu