Xəbərlər

Rusiya Zəngəzur dəhlizinin əleyhinədir? – ŞƏRH

ABŞ Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra, ABŞ Aİ-nın Ermənistanda mülki missiya adı altında yerləşdirdiyi yarım-hərbi qüvvələrinə bir qrup ilə qoşulması ABŞ-ın Ermənistanda oturuşması üçün ciddi addımdır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Onun sözlırinə görə, həmçinin, ABŞ Zəngəzur dəhlizinə nəzarəti edəcəyini planlaşdırır və bu yanaşma Ermənistanı da tam qane edir:

“Təbii ki, Rusiya bu planın əleyhinədir. Rusiya bir mənalı Zəngəzur dəhlizinin açılışına və ona nəzarəti 10 noyabr Moskva Bəyannaməsi çərçivəsində həllinin tərəfdarıdır. Əks halda, Rusiya Zəngəzur dəhlizinin açılmasına ciddi mane olacaq və İranla eyni mövqedən çıxış edəcək.

Moskvada Rusiya-İran strateji tərəfdaşlıq sazişinindən sonra, Rusiya və İranın birlikdə Zəngəzur dəhlizinin qəti əleyhinə gedəcəyi və onun nəzarətindən kənar açılmasına bütün imkanlarla mane olacağı şübhəsizdir. Bu gün Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşünün də əsas mövzularından biri məhz Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistan mənbələrinin məlumatlarına görə isə Lavrov hətta Mokvada İrəvanı Zəngəzurla təhdid edib”.

Ekspert, ABŞ-Ermənistan arasındakı sazişin əhəmiyyətsizləşmə ehtimalının olduğunu qeyd edib:

“Əlbəttə ki, nəzərə alsaq ki, ABŞ-ın Ermənistanla sözü gedən sazişi Bayden administrasiyası tərəfindən imzalanıb. Prezident səlahiyyətlərinə yenidən başlamış Tramp administrasiyasının isə bu sazişə eyni yanaşma göstərəcəyi sual altındadır. Hətta Trampın ABŞ-Ermənistan arasındakı strateji tərəfdaşlıq sazişini geri çağıracağı ehtimalını da tam istisna etmək olmaz. Planlaşdırılan görüşdə, ümumiyyətlə Tramp Putinlə razılaşarsa ABŞla Ermənistan arasındakı saziş əhəmiyyətsiz olacaq.

İndiki vəziyyətdə Zəngəzur dəhlizi ilə bağlı qeyri-müəyyənlik, ancaq Donald Tramp və Vladimir Putinin razılaşmasına və ya razılaşmamasına qədərdir. Belə vəziyyətdə, Ermənistan Azərbaycan arasında sülh müqaviləsi bəndlərindən çıxarılmış Zəngəzur dəhlizi məsələsi hətta sülh müqaviləsi qədər çətin razılaşma predmetinə çevrilib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu