Xəbərlər

Rusiya Zəngəzur dəhlizinə nəzarəti hərbi yolla ələ keçirir? – ŞƏRH

Bakıda İyulun 8-dən başlayan iki günlük Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 58-ci sessiyası keçirilir. Rəsmi Moskva yaranmış fürsətdən istifadə edərək Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. BMMT sessiyasında iştirak üçün Rusiyanın FHN-nin rəhbəri Aleksandr Kurenkovun Bakıya gəldiyi deyilir. Məlumatlara görə, Kurenkov Azərbaycan dövlət rəsmiləri ilə qeyri rəsmi görüşlər keçiriərək Rusiya-Azərbaycan münasibətlərinin normallaşdırmağa çalışacaq.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert ehtimal edir ki, Kurenkov Rusiya prezidenti Vladimir Putinin şəxsi müraciətini Azərbaycan prezidenti İlham Əliyevə çatdıracaq:

“Əvvəla qeyd edək ki, Aleksandr Kurenkov Putinin şəxsi adyutantı olub və hal-hazırda da Rusiya Təhlükəsizlik Şurasının üzvüdür. Aleksandr Kurenkovun statusu və Putinin ona etibarı Azərbaycanla xüsusi əhəmiyyətli danışıqlar aparacağına işarə edir və manevr imkanları verir. Ehtimal var ki, o Azərbaycan prezidenti İlham Əliyevə Vladimir Putinin şəxsi müraciətini çatdıracaq. Münasibətlərin normallaşması üçün Rusiyanın 25.12.2024-cü il tarixdə Qroznıda vurduğu AZAL-ın sərnişin təyyarəsi ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirəcəyi düşünülür. Həm də məlumatlar var ki, rəsmi Moskvanı Azərbaycanda rus dilli məktəblərin taleyi maraqlandırır. Bu günlərdə Rusiya mətbuatında verilən məlumatlara görə, Rusiya XİN-i Azərbaycanda rus dilinin təbliği ilə bağlı sosialoji tədqiqat aparmaq niyyətindədir.

Əlbəttəki, Putin hakimiyyəti Rusiyanın Azərbaycana qarşı düşmən siyasətini dəyişmir, sadəcə olaraq vəziyyətin onun xeyrinə olmadığını və geosiyasi strateji məqsədləri üçün Azərbaycanla gərginliyi aradan götürmək məcburiyyətindədir. Ancaq paralel olaraq, Azərbaycana təzyiq siyasətindən də imtina etmir. Rusiya Ermənistanda hərbi kontingentini və texnikalarını artırmaqla bir növü Ermənistanı Azərbaycanla müharibəyə təhrik edir. Bəzi analitiklərin təhlilinə görə isə, Rusiya Ermənistanda Paşinyan hakimiyyətini hərbi yolla devirmək niyyətindədir. Təbii ki, hər iki nəticədə Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, Azərbaycanla hərbi konflikt mümkün hesab edilir”.

Şərhçinin sözlərinə görə, əgər Paşinyan Azərbaycanla sülh mahiyyətli saziş, müqavilə imzalaya bilərsə, o, öz hakimiyətini qorumaq üçüb imkanlarını genişləndirə bilər:

“Əbu-Dabidə planlaşdırılan İlham Əliyev və Nikol Paşinyan görüşünün təşkili də məhz Ermənistan-Azərbaycan arasında sülh sazişi olmasa da, müəyyən razılığın əldə olunması və Zəngəzur dəhlizinin tezliklə açılacağı ehtimalını yaradır.

Qənaətimə görə, Rusiyanın Ermənistanda, xüsusən də Gümrüdə hərbi kontingentini gücləndirməsi səbəbi Zəngəzur dəhlizi ilə bağlıdlr. Paşinyanın Türkiyə səfərindən və prezident Ərdoğanla görüşündən sonra Zəngəzur dəhlizinin açılması və dəhlizə nəzarətin ABŞ şirkətlərinə veriləcəyi haqqda məlumatlar tirajlanır. Rusiya dəfələrlə elan edib ki, 10 noyabr üçtərəfli Moskva bəyannaməsini qüvvədədir. Hesab edirəm ki, əgər Zəngəzur dəhlizi açılacağı və nəzarətin NATO üzvlərinə keçəcəyi təqdirdə, Rusiya üçtərəfli Moskva bəyannaməsini əsas gətirərək, Gümridə gücləndirdiyi hərbi kontingent hesabına Zəngəzur dəhlizini nəzarətə götürə bilər.

Onu da deyim ki, son məlumatlara görə Kurenkov Azərbaycandan əliboş qayıdıb. Azərbaycan prezidenti İlham Əliyev Kurenkovu qəbul etməkdən imtina edib”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu