Xəbərlər

Moskva Zəngəzur dəhlizinə nəzarət şansını itirir – ŞƏRH

Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyi zəifləyir. Çünki Kreml regiona tərəfdaş kimi deyil, vassal kimi baxır. Bu münasibət isə bütün bölgə xalqlarını və dövlətlərini narazı saldırıb bezdirir.

Sosdem.az xəbər verir ki, bunu “Yeni Müsavat”a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert vurğulayıb ki, Rusiya yenə ənənəvi üsullarla davranır:

“Həmçinin regionda öz mövqeyini gücləndirmək üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması deyil, prosesi idarə edəcək müstəvidə davam etdirməkdə maraqlıdır. Ona görə də 2020-2022-ci il razılaşmalarına dayanır. Rusiya Zəngəzur dəhlizinə nəzarət və regional kommunikasiyaların açılması üzrə işçi qrupunda yer almaqla öz nəzarətində almağa çalışır. Hazırda Ermənistanda anti-Rusiya siyasəti davam edir. Paşinyan Rusiyanın bütün vasitəçiliyindən imtina edir. Zəngəzur dəhlizinə Rusiyanın nəzarətinə qarşı çıxır. Qərb isə Cənubi Qafqazda aktiv şəkildə öz mövqeyini gücləndirməyə çalışır. ABŞ-ın Zəngəzur dəhlizinə bir özəl şirkətlə nəzarət etmək planı da Rusiyanı narahat edir. Rusiya məhz Qərbin artan rolunu özünün geosiyasi maraqlarına təhdid kimi qiymətləndirir.

Rusiyanın 2020-2023-cü illərdə vasitəçiliyi heç bir nəticə vermədi. Sadəcə, Rusiya manipulyasiya edərək, çalışırdı ki, Azərbaycan və Ermənistanı birbaşa Moskvaya tabe etdirsin. Rusiyanın bütün hərəkətləri konkret olaraq Qərbi regiona buraxmamaqdan ibarətdir. Hazırda Rusiya yenidən aktivləşir. Ermənistanda Gümrü bazasını möhkəmləndirmək istiqamətində addımlar atır. Bununla regionda Azərbaycanı və Ermənistanı təhdid edir. Qarabağ kartı əldən çıxsa da Rusiya Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif edir. Azərbaycan və Ermənistan bundan imtina edir. Çünki bilirlər ki, vasitəçilik sülh müqaviləsinin imzalanmasına deyil, imzalanmamasına xidmət edəcək”.

Şərhçinin fikrincə, Rusiya görür ki, Zəngəzur dəhlizinə nəzarət şanslarını itirir:

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyişlər var. Ona görə də necə olur-olsun vsaitəçilik məsələsində israr edir. Məqsəd isə prosesin irəliləməsinin qarşısını kəsməkdər. Hətta Rusiyanın vasitəçiliyi ilə sülh müqaviləsinin mzalanması baş versə belə, bu hadisə regionun Moskvanın tam nəzarətinə keçməsi deməkdir. Təbii ki, Rusiya çalışır ki, hər iki ölkəyə təzyiqlər etsin. Bu təzyiqlər davam edəcək. Təzyiqlər Ermənistana bir formada, Azərbaycana isə başqa bir formada ediləcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu