Xəbərlər

Rusiya və İranın Azərbaycana qarşı səmimiyyəti… – Ekspert

Keçən il dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın Qroznı havasında vurulması ilə bağlı demək olarki, bütün faktlar bəllidir. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə zəngi və onun üzrxaxlığı da ortadadır. Sözsüz ki, Rusiya tələb olunan kompensasiyanı da ödəyəcək.

Bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Ekspert bildirib ki, Bundan sonra artıq Azərbaycan təyyarəsinin vurulması faktı hüquqi müstəviyə keçib:

“Araşdırmanı müfaviq komissiya davam etdirir. Azərbaycanda, Rusiyada, Qazaxıstannda cinayət işi də açılıb. İlkin məlumatlara görə Rusiya tərəfindən təyyarənin vurulmasında bu və ya digər halda iştirak edən şəxslər də müəyyən edilib.

Ancaq, Azərbaycana məxsus sərnişin təyyarəsinun vurulmasından Rusiya Azərbaycan münasibətlərinin korlanmasında istifadə cəhdləri var və bu daha çox Rusiya tərəfindən gəlir. Əlbəttə ki, Qərb də bunda maraqlıdır. Bəllidir ki, Qərb-Rusiya qarşıdurması fonunda, rəsmi Moskva Azərbaycanla münasubətinin zədələnməsində maraqlı ola bilməz, həmçinin Türkiyə ilə də. Rusiya üçün müharibə, beynəlxalq siyasi təzyiq, ağır iqtisadi sanksiyalarda Türkiyə və Azərbaycan faktiki nəfəslik rolundadır.

Artıq heç şübhə yoxdur ki, Rusiya Azərbaycana məxsus Bakı-Qroznı reysi üzrə uçan sərnişin təyyarəsini vurub, vurandan sonra izi itirmək üçün də cəhdlər göstərib. Bəllidir ki, Rusiya da eynilə İran kimi, Azərbaycanla münasibətlərində heç vaxt səmimi ola bilməz. Ancaq, indiki vəziyyətində, müəyyən vaxta qədər Azərbaycan və Türkiyə ilə münasibətlərini qorumaq məcburiyətindədir. Ancaq elə Rusiyanın daxilində elə qüvvələr var ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyada vurulmasına görə, Azərbaycan prezidenti İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan qanuni və ədalətli tələbini Rusiyaya qarşı hücum kimi təqdim etməyə çalışır, Azərbaycanı təhdid və təhqir edir.

25.11.2015-ci ildə Türkiyə Rusiyaya məxsus qırıcı təyyarəni vurdu. 20 dekabr 2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov öldürüldü. Bu faktlardan da Rusiya-Türkiyə münasibətlərinin korlanmasına istifadə olunurdu. Ancaq hər iki ölkənin siyasi rəhbərliyi müdrik davrandılar.

2020-ci ilin 9 noyabr axşamı Naxçıvan istiqamətində rus helikopterinin vurulmasında əsaslı qaranlıq məqamlar olsa da, həll edildi. 20 sentyabr 2023 cü ildə antiterror əməliyyatları zamanı rus “sülhməramlıları”ının həyatlarını itirməsinin Azərbaycanın xəbərdarlığa məhəl qoymaması səbəbindən baş verməsinə baxmayaraq, Azərbaycan prezidenti hər iki halda qısa zaman daxilində Rusiya prezidenti Vladimir Putinə zəng edərək üzürxaxlıq etmiş, kompensasiya təklif edərək, günahkarların cəzalandırılacağını bildirmişdi. Ancaq, Azərbaycan Qroznıda vurulan sərnişin təyyarəsinə görə Rusiyadan analoji addımı görmədi və ancaq bir neçə gündən sonra Vladimir Putin İlham Əliyevə zəng edib üzürxaxlıq etdi”.

V.Dadaşov bildirib ki, Azərbaycanı Rusiya təzyiqdə ittiham etmək ən azı ədalətsizlikdir:

“Qaldı ki, Rusiya Azərbaycana son bu üç əsrdə tarixin silinməz zərbələrini vurub. 1813,1828-ci illər Azərbaycanın parçalanmasını, 1920 Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, 1921-ci ildən ta 1991-ci ilə qədər Azərbaycan torpaqlarının özünə və sovet respublikalarına peşkəş edilməsi, 1990-cı ildə 20 yanvar qətliamı, 1992-ci il Xocalı soyqlrımı, 1991-1993 cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalında iştirakı, 10 noyabr 2020 – ci ildə Azərbaycana sülhmıralı bəhanəsi ilə soxulması, nəhayət Qarabağ konfliktinun həllinə mane olmaqla onu dondurmaq cəhdi, Qarabağ ermənilərinə rus pasportlarlnın verilməsi, Ermənistana təmənasız milyardlarla hərbi yardımı və sair Rusiyanın Azərbaycanın başına gətirdiklərinin bir qismidir.

Azərbaycanın öz suverenliyini bərpa etməsi, dünyada güc və söz sahibinə çevrilməsini Rusiya heç cürə qəbul edə bilmir, qısqabclıqla yanaşır, imperiya arzularından əl çəkmir. Rusiyanın Azərbaycanın sərnişin təyyarəsini vurduğuna görə haqlı tələblərini özünə sıxışdırmır və əksinə Azərbaycanın qanuni və əsaslı tələbləri iki dövlət arasında münasibətlərin korlanması üçün istifadə edir.

Rusiya ilə müharibə aparan Qərb də Rusiyanı daha da sıxışdırmaq üçün Azərbaycan təyarəsinin vurulmasından istifadə etməyə çalışır. Gürcüstanda dayaqlarını itirən Qərb, ABŞ – Ermənistan arasındakı strateji sazişlə Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Ancaq Donald Tramp prezidentliyi ilə Kollektiv Qərbin planlaşdırdığı proses dayana bilər. Azərbaycan Cənubi Qafqazda söz və güc sahibi kimi, Rusiya ilə münasibəti həlledici ola bilər. Ona görə də, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından siyasi məqsədlər üçün istifadə cəhdləri gözlənilən idi.

Əslində, Qərbin Azərbaycan və Ermənistan arasında sülh istəyi də məhz Cənubi Qafqazdan Rusiyanın sıxışdırılmasına bağlıdır. Həm də bu mümkün sülh müqaviləsi, sovet dövründə Ermənistana verilən Azərbaycan torpaqlarını leqitimləşdirmək cəhdidir. Hüquqi baxımdan, Rusiya Sovet İttifaqının varisi və Azərbaycan torpaqlarının Ermənistana verilməsində qərar verən tərəf kimi, torpaqların geri qaytarılmasında da köməyi dəyə bilər.

Qroznıda Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulması artıq cinayət işinin obyektidir və onun siyasiləşdirilməsi düzgün deyil. Hadisənin manipulyasiya siyasi nəticələrə hesablanıb. Buna isə yol vermək olmaz. Rəsmi Moskva Azərbaycan Rusiya münasibətlərinin qorunması üçün praktik addımlar atmalıdır və daxilində münasibətlərin korlanmasında və Rusiyanın daha da sıxışdırılmasına maraqlı olan daxili qüvvələrə qarşı tədbir görməlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu