Rusiya və Ukrayna Moskvada məxfi danışıqlar aparıb… – Politoloq

Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında konfidentsial aparılan danışıqların nəticəsidir ki, V. Putin Vladivostokda inkar etdiyi Ukrayna Dövləti ilə ikitərəfli danışıqlar aparmaq və razılığa gəlməyi qeyd etdi. Avqust ayında Ukrayna rəsmiləri bir neçə dəfə Moskvada olublar və tərəflər arasında aparılan danışıqlarda ABŞ-ın yenidən vasitəçiliyi ilə üçtərəfli formatda atəşkəs və sülh razılaşması müstəvidində danışıqlara rəsmi başlamaq barədə razılığa gəliblər.
Bunu Sosdem.az-a Rusiya-Ukrayna müharibəsində pərdəarxası məxfi təmasları, cəbhədəki son vəziyyəti və ABŞ-ın vasitəçilik səylərini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ukraynanın Strateji Zərbələri Rusiyanı Danışıqlar Masasına Oturmağa Məcbur Etməkdədir”
Ekspert Kiyevin Rusiyanın dərinliklərinə endirdiyi effektiv zərbələrin Moskvanın geri addım atmasındakı rolunu diqqətə çatdırıb:
“Ukraynanın Rusiyaya zərbələri Rusiyanı danışıqlar masasına oturmağa məcbur etdi. Ukrayna kifayət qədər Rusiyanın enerji və strateji əhəmiyyətli neft bazalarına zərbələr endirdi. Rusiya iqtisadiyyatı tənəzzülə gedir. Rusiya prezidenti hazırkı baş tutan danışıqları yenidən manipulyasiya edəcəksə, ABŞ Ukraynaya ölümcül və hücum silahları verəcək. Həmçinin Rusiya iqtisadiyyatına ciddi sanksiyalar tətbiq edəcək”.
“Kremlin Donbas Tələbi Zelenskiyə Qarşı Qurulan Siyasi Tələdir”
MCP rəsmisi Moskvanın qoşunların geri çəkilməsi şərtinin arxasında duran gizli niyyəti açıqlayıb:
“Rusiya Donbasın işğal olunmamış ərazilərindən Ukraynanın çıxmasını tələb edir. Hazırda əsas problem budur. Ukrayna ordusunu geri çəkərsə, atəşkəs olacaq. Atəşkəsdə Ukraynada seçki deməkdir. Seçkidə torpaqları Rusiyaya güzəştə getdiyinə görə V. Zelenskinin məğlub olması və həbsə getməsi deməkdir. Ukrayna tərəfi Rusiyanın bu planın Ukrayna üçün mənfi ssenari olduğunu çox yaxşı bilir. Ukrayna ordusunun Donbasdan döyüşsüz çıxması dövlətin zəifləməsi və ordunun parçalanmasına gətirib çıxara bilər”.

“Hər İki Tərəf Üçün Ən Optimal Variant Mövcud Xətt Boyunca Atəşkəsə Keçməkdir”
Şərhçi cəbhədəki düyünün açılması üçün Vaşinqtonun üzərində işlədiyi əsas formulasını vurğulayıb:
“İki tərəf üçün ən optimal variant hazırkı mövqedə durmaqla atəşkəs rejiminə keçməkdir. ABŞ hazırda bunun üzərində işləyir. Ukrayna ordusunun Donbasdan döyüşsüz çıxması dövlətin zəifləməsi və ordunun parçalanmasına gətirib çıxara bilər. İki tərəf üçün ən optimal variant hazırkı mövqedə durmaqla atəşkəs rejiminə keçməkdir”.