Rusiya səmimi ola bilməz, niyə Şuşa yox Xankəndi?!
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Rusiyanın Xankəndidə Konsulluq açmaq istəyini dilə gətirməsi sözsüz ki, Rusiyanın Cənubi Qafqaz siyasətinin tərkib elementlərindəndir. Karasinin bu istəyinin Azərbaycanın mənafeyinə uyğun olmasını qənaəti tamamilə yanlışdır.
Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib. Onun sözlərinə görə Rusiyanın Azərbaycana qarşı münasibətlərində səmimi olması mümkün deyil:
“Rusiyanın Ukraynada, Moldavada, Gürcüstanda, hal-hazırda da Ermənistanda həyata keçirdiyi siyasətin özü, Rusiyanın keçmiş SSRİ respublikalarına qarşı oturuşmuş ənənəvi siyasətinin sübutudur. Nədən Azərbaycan istisna olsun?!
Əlbəttə ki, Azərbaycan və Türkiyə birliyinin yaratdığı geosiyasi vəziyət, hərbi gücün Rusiyanı daha ehtiyatlı davranmağını, isti münadibət sərgiləməyi şərtləndirir, ancaq onun istəyini dəyişmir.
O ki, qaldı Karasinin Xankəndidə Rusiyanın Konsulluq açmaq istəyinə sözsüz ki, Rusiya bu addımı proseslərə uyğun növbəti gedişidir. Regionda nəinki bir rus vətəndaşı, hətta bir dənə də rus millətinin nümayəndəsinin olmadığı halda Xankəndində Rusiyanın Konsulluq açmaq istəyi səmimiyyətdən kənar, siyasi hədəfli perspektivə hesablanlb. Niyə başqa ölkələr kimi, Şuşada yox Xankəndidə?!
Mümkündür ki, Ermənistanda Rusiyanın Paşinyanı yıxmaq üçün keçirfiyi mitinqlər fonunda, Xankəndidə Konsulluq gedişi ilə erməniləri qıcıqlandırıb Paşinyana təzyiqi artırmaq istəyir. Düşünürəm ki, Rusiya təmsilçiləri bu fikiri formalaşdırmaqla Rusiyanın Azərbaycanla, regionla bağlı siyasıtinə don geyindirir. Əlbəttə ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, ermənilərin regionu tərk etməsi və rus sülhməramlılarının Azərbaycandan çıxarılmasından sonra hər hansı bir formada özünün mövcudluğunu regionda təmin etməklə prosesləri nəzarətdə saxlamaq istəyir. Xankəndidə bir dənə də olsun olmayan rusa xudmət etməyən konsulluq əməkdaşları hansı işlə məşğul olacaq?! Əkbətdə ki, kəşfiyat, dağıdıcılıq fəaliyyəti ilə.
Maraqlı deyilmi, Rusiya niyə Şuşada yox Xankəndidə konsulluq açmaq istəyir?!”