Xəbərlər

Rusiya İranı müdafiə edəcək gücdə deyil… – Ekspert

ABŞ və İran arasındakı danışıqlar artıq həlledici kuliminasiya nöqtəsinə çatıb. Tehranın Vaşinqtona təqdim etdiyi təkliflər və ABŞ-nin qarşı tərəfə qoyduğu şərtlər ətrafında gedən proseslər regional təhlükəsizliyin gələcək mənzərəsini müəyyən edir. Bu kritik məqamda İranın Çin və Rusiya ilə intensiv məsləhətləşmələr aparması, rəsmi Tehranın manevr imkanlarını qorumaq və ABŞ-yə qarşı müəyyən təzyiq rıçaqları əldə etmək cəhdidir...

Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Sosdem.az-a açıqlamasında İran-Rusiya-ABŞ üçbucağında baş verən son prosesləri şərh edərkən bildirib.

Rusiyanın “dəstək limiti” və Ukrayna faktoru

Politoloq vurğulayıb ki, Abbas Əraqçının Moskva səfəri hər nə qədər strateji tərəfdaşlıq fonunda baş tutsa da, reallıqlar fərqlidir:

“Hesab edirəm ki, Kreml vəziyyətin ciddiliyini dərk edir. Lakin görünən odur ki, İran ABŞ-nin təzyiqləri fonunda bəzi güzəştlərə getmək məcburiyyətindədir. Bundan sonra Rusiya İrana yalnız hərbi-texniki əməkdaşlıq səviyyəsində dəstək verə bilər. Çünki Moskva özü Ukrayna ilə müharibə vəziyyətindədir və hazırda İranı qətiyyətlə müdafiə edəcək real gücdə deyil.”

Amerikaya qarşı “Rusiya kartı”

MCP rəsmisinin qənaətinə görə, Tehranın Moskva ilə bu qədər sıx təmasda olması daha çox Vaşinqtona yönəlmiş siyasi-psixoloji gedişdir:

“İranın danışıqlar prosesində Rusiyadan dəstək istəməsi Amerikaya bir təzyiq vasitəsidir. Tehran bu yolla dialoq masasında əlini gücləndirməyə çalışır. Lakin Rusiyanın bu danışıqlarda həlledici tərəf kimi çıxış etməsi real görünmür. Danışıqların taleyini tərəflərin qarşılıqlı şərtləri nə dərəcədə qəbul edəcəyi müəyyən edəcək.”

Bir cavab yazın

Back to top button