Xəbərlər

Rusiya Azərbaycan üçün nə qədər təhlükəlidir? – ŞƏRH

Azərbaycan Rusiya münasibətlərində hiss olunan gərginlik fonunda Qusarda “meşə qardaşları” terror təşkilatının fəallaşması təsadüfi sayılmamalıdır. Dövlət Təhlükəsizlik Xidmətinin Qusarda keçirdiyi əməliyyatda aşkar etdirən hərbi sursatın, partlayıcı maddələrin Rusiyadan Azərbaycana keçirilməsi ehtimalı yüksəkdir. Rusiya ilə sərhəd böyü bölgələrdə nəzarət postlarının qurulması da, təhlükənin məhz Rusiya tərəfindən qaynaqlandığına sübut kimi hesab etmək olar.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Azərbaycanın şimal bölgəsində, xüsusən də Quba, Qusar, Xaçmazda yerli əhaliyə Rusiya öz vətəndaşlığını yaymaqda aktivliyi də bəllidir. Azərbaycanda fəaliyyət göstərən 300 dən artıq rus məktəbləri də məhz rus mentalitetli və rus hegemonluğunu həvəslə və təbii qəbul edən şəxslər, faktiki olaraq mənəviyyatı rus olan azərbaycanlılar yetişdirir. Nəzərə alsaq ki, Rusiyanın Moldovanın Dnestr yanı böldəsinə, Gürcüstanın Abxaziya və Osetiyasına, Ukraynaya hücumu məhz rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə həyata keçirilib, onda Rusiya tərəfindən təhlükənin nə qədər real olduğunu anlamaq o qədər də çətin deyil. Yeri gəlmişkən, Rusiya 2020-ci il vətən müharibəsindən sonra Xankəndidə yerli ermənilərə rus pasportları paylayıb, rus icmasını yaratmağa çalışırdı.

Hazırda Azərbaycanda fəaliyət göstərən “Rus evi”, “Rusiya informasiya və mədəniyyət mərkəzi” və sair bu tip təşkilatlar bir mənalı Rusiyanın milli və dövlət maraqlarına xidmət edir. Rusiya XİN başçısı Sergey Lavrov və digər rəsmilər də belə mərkəzlərin açılmasında xüsusi aktivlik göstərib. Bu mərkəzlərin fəaliyyəti heç də ancaq humanitar sahəni əhatə etmir, Azərbaycana qarşı “yumuşaq güc” aləti kimi istifadə edilir” – ekspert əlavə edib.

V.Dadaşov qeyd edib ki, 22 fevral 2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Rusiya üçün formal xarakterlidir və Moskvanın Azərbaycana qarşı tarixi siyasətini dəyişən deyil.

“Təkcə son iki əsrin analizi sübut edir ki, Rusiyanın dövlət siyasəti ruslaşdırma, Azərbaycanı öz əyalətinə çevirmək məqsədi daşıyır, – sonda siyasi şərhçi vurğulayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu