Xəbərlər

Rusiya Azərbaycana təzyiq göstərir – ŞƏRH

“Lavrov Qarabağ məsələsini gündəmə gətirməklə bir növ Azərbaycana təzyiq etməyə çalışır”.

Soadem.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Politoloq Lavrovun Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi bağlanmasında uğurlar arzu etməsini şərh edərək bildirib ki, Rusiya ikitərəfli oynamağa çalışır:

“Lavrovun Ermənistana səfərində qeyd edir ki, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi arzulayır, amma bu belə deyil. O hətta tələbələrin qarşısındakı çıxışında belə Qarabağ məsələsini gündəmə gətirib. Bundan başqa, Nikol Paşinyana Qarabağ separatçıları ilə işi olmamasını, onların fəaliyyətində müəyyən azadlıq verilməsini də istəyib. Təbii ki, Rusiya həmçinin Qarabağ məsələsini gündəmə gətirməklə Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsini uzadır”.

Ekspert qeyd edib ki, Rusiya son atdığı addımlarla Azərbaycana təzyiq göstərməyə cəhd edir:

“Lavrovun Ermənistana səfəri ilə verdiyi bəyanat heç də Azərbaycanla yaxınlaşmasına uyğun deyil. Son dövrlər Azərbaycanla Rusiya arasında müəyyən siyasi əlaqələrdə problem var. İndi Rusiyada Ermənistanla Qarabağ məsələsini gündəmə gətirməklə bir növ Azərbaycana təzyiq etməyə çalışır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu