Rusiya Azərbaycan neftininin çirkləndirir – Ekspert

Rumıniyadan verilən məlumata görə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsi ilə Avropaya, o cümlədən Rumıniya idxal olunan Azərbaycan neftini Rusiya çirkləndirir. Rusiya BTC kəmərinə xlor məhlulunu vurmaqla bunu həyata keçirir. Rumıniya, ona çatacaq 184 min ton neftdən xlorla çirkləndirildiyi səbəbindən imtina edib.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Şərhçinin sözlərinə görə, Rusiyanın məqsədli şəkildə Ukrayna ərazisində Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazaların vurması və faktla bağlı heç bir reaksiya verməməsi, Moskvanın Bakıya qarşı açıq düşmənlik siyasəti yürütdüyünü göstərir:
“Ancaq, Rusiya anti-Azərbaycan siyasətinin forma və meydanını dəyişib. BTC neft kəməri ilə ixrac olunan Azərbaycan neftinin çirkləndirilməsi, Ukraynada SOCAR-a məxsus neft bazaların vurulması onu sübut edir ki, Rusiya Azərbaycana təsir edə biləcək heç bir vasitəyə, imkana malik deyil.
Yeri gəkmişkən, 12 iyul 2020-ci il Rusiyanın bir başa göstərişi və iştirakı ilə başladılmış Tovuz döyüşlərinin hədəfi də məhz Azərbaycan neft və qaz kəmərlərini nəzarətə götürmək idi.
Rusiya ancaq Azərbaycan əsilli Rusiya vətəndaşlarını incitməklə, onları həbsə atıb, iş adamlarının bizneslərini mənimsəməyi bacarır. Bu, Rusiyanın cılızlığını sübut edən faktdır. Bu faktlar həm də onu sübut edir ki, Rusiya dövlət səviyyəsində irqi və milli ayrı-seçkilik edir, faktiki olaraq milli mənsubiyyətinə görə öz vətəndaşlarına qarşı açıq dövlət terroru həyata keçirir. Elə Qroznıda vurduğu Azərbaycanın sərnişin təyyarəsi də bu siyasətin nəticəsidir”.

MCP rəsmisi, Azərbaycanın öz ərazisində bütün infrastruktur obyektlərinin təhlükəsizliyini yüksək səviyyədə təmin etdiyini, vurğulayıb.
“Ölkə xaricində olan tranzit və infrastruktur xətlərinin mühafizəsi təbii ki, həmin dövlətlərin məsuliyyətidir. Şübhəsiz ki, Rusiyanın Azərbaycana təsir imkanlarının məhdud olmasından, Rusiyanın belə təxribatçı, hibrid və hətta mümkün terror əməllərinin təkrarı istisna deyil”, – ekspert əlavə edib.