Xəbərlər

Rusiya Azərbaycanın liderliyini həzm edə bilmir… – Analitik

“ABŞ-İran qarşıdurmasının dərinləşdiyi, Hörmüz və Bab əl-Məndəb boğazlarında təhlükəsizlik risklərinin artdığı mürəkkəb geosiyasi şəraitdə Rusiya və İranın Zəngəzur dəhlizinə (TRIPP layihəsi) qarşı ortaq və koordinasiyalı təzyiqləri diqqət çəkir. Moskva və Tehranın Azərbaycana, eləcə də Ermənistana qarşı eyni vaxtda hədələyici ritorika nümayiş etdirməsi Cənubi Qafqazda bu iki gücün maraqlarının tam üst-üstə düşdüyünü göstərir”.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

“Moskva Və Tehran Zəngəzur Dəhlizinin Təhdid Sayır”

MCP rəsmisi Rusiya deputatı Tolmaçyovun Azərbaycanı “Ukrayna ssenarisi” ilə hədələməsi və İran rəsmisi Vilayətinin TRIPP layihəsinə qarşı xəbərdarlıqlarının təsadüfi olmadığını diqqətə çatdırıb:

“Rusiya Azərbaycanın müstəqil oyunçu və regional lider olmasını həzm edə bilmir, xüsusən də Bakının Almaniya və Aİ ilə münasibətlərinin genişlənməsi Moskvanı narahat edir. Zəngəzur dəhlizi məsələsində grows Rusiya öz təsir imkanlarını itirməkdən, İran isə Türk dünyasının birbaşa quru bağlantısının qurulmasından qorxur. Hətta Rusiya Ermənistanın Qərbin, Türkiyənin və Azərbaycanın təsir dairəsinə düşməsindənsə, onun İranın nəzarətinə keçməsini daha məqbul variant hesab edir. İranın Ermənistana neft-qaz ixracını artırmaq cəhdi də məhz bu yaxınlaşmanın və dəhlizin qarşısını almağa hesablanıb”.

“Ya Rejim Dəyişikliyi, Ya Da

Analitik İranın SEPAH-ın nəzarətinə keçməsindən sonra beynəlxalq koalisiyanın hədəfinə gəldiyini və ölkəni gözləyən ssenariləri vurğulayıb:

“40 günlük müharibədə Əli Xamenei başda olmaqla 50-dən çox rəhbər şəxsin ləğv edilməsindən sonra hakimiyyətin SEPAH-ın əlinə keçməsi Tehranın siyasətini daha da radikallaşdırıb. Hörmüz və Bab əl-Məndəb boğazlarını bağlamaq hədələri İrana qarşı beynəlxalq hərbi koalisiyanın formalaşmasını sürətləndirir və çox guman ki, İranın taleyi artıq həll olunub. Masada iki əsas ssenari var: birincisi, ərazi bütövlüyü qorunmaqla teokratik rejimin və SEPAH-ın hakimiyyətdən kənarlaşdırılması; ikincisi isə İranın ‘Balkanlaşması’ və Hörmüz ətrafı strateji ərazilərin onun nəzarətindən çıxarılmasıdır”.

Bir cavab yazın

Back to top button