Xəbərlər

Rusiya ABŞ-Avropa koalisiyasını parçalamağa çalışır – Ekspert

Rusiya Avropanın təhlükəsizliyini təhdid edir. Hər gün bir ya iki Pua Avropa hava məkanında görünür. Avropa liderləri konkret qərarlar verib, Rusiyanın artan təxribatlarına kompleks müqavimət göstərmək əvəzinə, məsləhətləşirlər.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Putin ABŞ ilə Avropa arasında fikir ayrılıqlarına nail olur.

“Təssüf ki, ABŞ administrasiyası Moskvanın narrativlərini qəbul edir. Rusiya rəhbərliyi çalışır ki, Qərb koalisiyasını parçalayayıb, Ukraynada istəyinə nail olduqdan sonra, Cənubi Qafqaza və Mərkəzi Asiyaya təzyiqlər artırsın. Hazırda, bu təzyiqlər vaxtaşırı edilir.

Qərb koalisiyasının parçalanması, Rusiyanın fövqəl dövlət olması deməkdir. Həmçinin Ukraynanı öz ərazilərindən imtinaya məcbur edilməsi, Moskvanin Qərb üzərində taktiki qələbəsi və güc yolu ilə sərhədlərin dəyişilməsinin əsasının qoyulmasıdır. Bununla da beynəlxalq müstəvidə yeni prsedentlər yarana bilər. D. Tramp Kanadanı və Qrenlandiyanı işğal etməklə hədələməsi bu avantüranin tərkib hissəsi idi”, – şərhçi deyib.

MCP rəsmisi qeyd edib ki, Qərb Rusiyanın təcavüzünü durdurmaq gücündədir.

“Amma, bunun üçün siyasi iradə nümayiş etdirmir. Avropa Ukraynada döyüşməyə çəkinirsə, Rusiya sabah Polşanın qapısını döyə bilər. Bunun baş verməməsi üçün Almaniya, Böyük Britaniya, Fransa və Polşa Rusiyanı durdurmaq gücündədir”, – Əsədullazadə bildirib.

Bir cavab yazın

Back to top button