Rus sülhməramlılarının Azərbaycandan çıxarılması niyə İranı narahat edir?!
Apelin 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən
“Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”- deyə bildirib.
Əlbəttə ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisinən çıxarılması xalqımız üçün ən vacib və narahatedici məsələ olaraq qalırdı. Hərçənd ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən rus sülhməramlılarının Azərbaycanda xidmət müddəti beş il müəyyən edilmişdi. Sülhməramlıların ərazidən çıxarılması şərtləri də həmin bəyanamədə öz əksini tapmışdı. 19-20 sentyabr 2023-cü il tarixdə 23 saata Azərbaycanın keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndidə separatçı rejim özünü buraxdı və Azərbaycan bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Bundan sonra, rus sülhməramlılarının Azərbaycandan çıxarılması təkcə Azərbaycana aid məsələyə çevrildi. Ancaq, Rusiya öz sülhməramlılarının Azərbaycandan çıxarılmaması üçün müxtəlif bəhanələr düşünür və təxribatlar həyata keçirirdi.
Azərbaycan tərəfi isə Rusiya sülhməramlılarının Azərbaycanda xidmət dövründə ona heç bir hüquqi status verməməsi, onu deməyə əsas verirdi ki, Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxaracaq. Azərbaycan prezidenti İlham Əliyev bütün çıxış və bəyanatlarında Rusiya sülhməramlıları ilə bağlı “Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlıları” ifadəsini işlədirdi.
Ən əsası, artıq Azərbaycan konlikti həll edib, konflit tərəfləri, eləcə də separatçı rejim yoxdur. Azərbaycan tərəfinin təkliflərnə və təqdim etdiyi imkanlara baxmayaraq, Qarabağı könüllü tərk etmiş ermənilərin geri dönmək istəməməsi Azərbaycanda hər hansı sülhməramlı kontingentinin mövcudluğuna ehtiyac saxlamır.
Digər tərəfdən, 2022 – ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Həmçinin, Rusiyanın Ukraynaya təcavüzü nətcəsində bütün Qərb dünyasının Rusiya qarşı birləşdiyi və çoxlu sanksiyalar tətbiq etdiyi vəziyyətdə, hüquqi və təbii müttəfiqlər: Türkiyə və Azərbaycan Rusiya üçün nəfəslik xarakteri daşıyır. Təbii ki. Azərbaycanın uğurlu siyasi strategiyası Azərbaycanı öz milli və dövlət maraqlarını təmin etməyə imkan verir. Hikmət Hacıyevin açılamasından sonra, Türkiyə rəsmi şəkildə Ağdamda fəaliyyət göstərən birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətini dayandırdığını bildirib.
Onu da xatırladaq ki, Rusiyanın bir sıra yüksək səviyyəli rəsmi şəxsləri açıqlamalarında Azərbaycanda yerləşən rus sülhməramlıları haqında “daimi əsalarla qalacağını” bildirib. Amma, Azərbaycan Rusiya ordusunun ölkə ərazisindən çıxarılmasına üçüncü dəfə də (1992, 2012, 2024) nail oldu.
Azərbaycanın Ermənistan və onun havadarları üzərində dünya hərb tarixinə düşən, nümunə olan möhtəşəm qələbəsi ilə öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, nəhayət Azərbaycan ərazisindən Rusiya “sülhməramlıları” nın çıxarması Azərbaycanı daha da gücləndirir, nüfuzunu artırır və beynəlxalq arenada siyasi çəkisini ağırlaşdırır. Əlbəttə ki, güclü, nüfuzlu Azərbaycan bir sıra dövlətlər, xüsusən də İran üçün idealoji, psixaloji təhlükəyə çevrilir. Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını böyük faciə kimi, qəbul edən İran Azərbaycana, Türkiyəyə qarşı qarayaxma kompaniyasını gücləndirib. İran Azərbaycandan rus sülhməramlılarının çıxmasını Rusiya və Türkiyə arasında razılaşma kimi tirajlayır və rus sülhməramlılarının yerinə Türkiyə ordusunun gələcəyini iddia edərək, Azərbaycanın uğurlarına kölgə salmağa çalışır.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən “etibarsız müttəfiq” ifadəsi işlətməsi bir daha onu sübut edir ki, ABŞ da Azərbaycanın konfliklərə, problemlərə bağlı qalmasına maraqlıdlr, güclü, müstəqil Azərbaycanın inkişafını əngəlləsin.
İran molla rejimi bilməlidir ki, müstəqil Şimali Azərbaycan bütün dünya azərbaycanlıların dövləti və onların təhlükəsizliklərinin qarantıdır. Cənubi Azərbaycanın, istiqlalı artıq İranın durdura bilmədiyi prosesdir. Yaxşı olar ki, iran İsrailin bir raketlə məhv etdiyi generallarının qisas üçün, İsrailə atdığı 300-dən çox dron və raketlərinin birin də hədəfə çatmadığı haqqında düşünsün.
Tarix və ədalət namunə qeyd edilməlidir ki, Azərbaycan öz ərazi bütövlüyüni, suverenliyi uğrunda Ermənistan və onun havadarlarına qarşı başladığı müharibədə, beynəlxalq təzyiqlərin dəf edilməsində, Azərbaycanı ermənilərə qarşı “soyqırım” bəhanəsində ittiham olunmasının qarşısının alınmasında Azərbaycana yerləşdirilən Rusiya sülhməramlıları olduqca vacib və həlledici faktor idi.
Azərbaycan qarşısına qoyduğu məqsədə doğru inamla irəlləyir.
Sözsüz bütün bu strategiya, uğur Azərbaycan prezidenti İlham Əliyevin şəxsinə və Azərbaycan xalqının vahid məqsəd uğrunda birləşmək bacarığına bağlıdır.
Vüqar Dadaşov- Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas