Razi Nurullayev qazandığı hörməti xalqa, dövlətçiliyə xidməti ilə əldə edib – Başqan müavini
“Yalan heç bir zaman insana uğur, irəliləyiş gətirməyib, nə də itirilmiş mövqeyi bərpa edə bilməyib”.
“İmişlidə məktəblilərin ölümünə səbəb olan yol qəzasından sonra deputat Razi Nurullayev İmişlidə dəfələrlə olmuş, yas mərasimlərində iştirak etmiş, həyatını itirən məktəblilərin valideyinləri ilə görüşmüş, onlara təsəlli verib, mənəvi dəstək göstərib. Hadisənin obyektiv araşdırılması üçün hüquq-mühafizə orqanları ilə bu günə kimi təmaslarını davam etdirir”.
Bu sözləri Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov deyib.
“Hadisəni manipulyasiya etmək, Razi bəyin adına yalandan istinad etməklə çaşqınlıq yaratmaq heç bir deputata, onun statusuna uyğun deyil və bu ona baş ucalığı gətirməz. Ən əsası isə dövlətçilik prinsiplərinə ziddir.
Razi Nurullayev qazandığı hörməti, zəhməti ilə, xalqa, dövlətçiliyə xidməti ilə əldə edib və əsl millət vəkilidir. Əslində də bəzilərini İmişlidəki qəza yox, Razi bəyin şəxsi, fəaliyyəti narahat edir”, – başqan müavini əlavə edib.
Qeyd edək ki, R. Nurullayev hadisədən sonra bir neçə dəfə faciəvi qəzada dünyasını dəyişən uşaqların valideynləri ilə görüşüb.