Xəbərlər

Razi Nurullayev qərəzsiz, xalqın sözünü deyən deputatdır – Deputat köməkçisi

Milli Məclisin iclaslarında deputatın müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, səsvermədə iştirak etmək hüququ vardır.

Bunu Millli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin kömməkçisi Ehtiram Mehtiyev deyib.

“Təbii ki, qanunvericilik çərçivəsində heç kəsi təhqir etmədən, şər atmadan, yalan ifadə vermədən. Deputat Razi Nurullayev istənilən məsələyə dövlətçiliyi nəzərə alaraq öz mövqeyini qərəzsiz bildirən, xalqın sözünü deyən və cəsarətlə çıxış edən deputatlardandır. Razi bəy İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsinə ilk gündən açıq-aşkar öz mövqeyini bildirib. Onun adından yalan məlumat vermək yolverilməzdir. Sifarişlə olsa belə…” – deputat köməkçisi əlavə edib.

Başqan müavini qeyd edib ki, bu cür təxribat xarakterli çıxışlar heç vaxt cəmiyyət tərəfindən isti qarşılanmayıb.

Xatırladaq ki, deputat Razi Nurullayev həmkarı Siyavuş Novruzovun parlamentin plenar iclasında İmişlidə baş verən faciəvi avtomobil qəzasından danışarkən onunla bağlı dediklərinə kəskin etiraz etmiş, İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə müzakirələr apardıqlarını, həbsdə olanların azadlığa çıxması ilə bağlı da əllərindən gələni etdiklərini bildirmişdi.

Qeyd edək ki, R. Nurullayev hadisədən sonra bir neçə dəfə faciəvi qəzada dünyasını dəyişən uşaqların valideynləri ilə görüşüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu